BƏLƏDİYYƏLƏRƏ SEÇKİLƏR DEMOKRATİK VƏ ŞƏFFAF KEÇİRİLƏCƏK
Dairə seçki komissiyasının sədri Azad Dursunəliyev AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, dairənin əhatə etdiyi 11 bələdiyyədə 33 yerə seçkilər keçiriləcəkdir. 3 bələdiyyədə təkrar, 1-də əlavə, 1-də ilk dəfə, 6-da isə yeni seçkilər olacaqdır. 33 yer uğrunda 102 nəfər namizəd mübarizə aparır. Onlardan 65 nəfəri bitərəf, 28-i YAP və digər partiyaların təmsilçiləridir.
Qeyd edək ki, MSK-nın tövsiyəsinə əsasən, seçkilər keçiriləcək məntəqələrin sədrləri və üzvləri üçün seminar keçirilmiş, qanunvericiliyin tələblərindən irəli gələn qaydalar bir daha ətraflı şərh edilmişdir. Başlıca diqqət seçicilərin fəallığının təmin olunmasına, bu mühüm kampaniyanın demokratik və şəffaf keçirilməsinə yönəldilmişdir.
Hazırda məntəqələrdə seçicilərin siyahılarının dəqiqləşdirilməsi davam etdirilir. Avqustun 7-dən namizədlərin təşviqat kampaniyası başlanmışdır. Onların hər biri üçün lazımi şərait yaradılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [16:19]
Azərbaycan 2026-2028-ci illərdə AQEM-ə sədrlik edəcək
- 15.10.2026 [16:13]