“BENFİKA”NIN OYUNÇUSU XƏSTƏXANADA KEÇİNDİ
AZƏRTAC Röyter Agentliyinə istinadla xəbər verir ki, Portuqaliyanın “Benfika” klubunun gənclərdən ibarət komandasının futbolcusu Bruno Bayana xəstəxanada keçinmişdir. O, ötən həftə kəskin ürək çatışmazlığına görə reanimasiya şöbəsinə qoyulmuşdu. “Benfika”nın gənclər komandasının kapitanı olan 18 yaşlı bu futbolçu bir saatlıq məşqdən sonra kafeyə gəlmiş və burada qəflətən huşunu itirmişdir. Futbolçunu dərhal yerli hospitala çatdırmışlar, burada o, koma vəziyyətinə düşmüşdür.
Elə həmin gün “Benfika”nın rəhbərliyi Bayanaya ilk müqavilə bağlamağı təklif etməyi qərara almışdı.