BENİLÜKS AZƏRBAYCANLILARI KONQRESİ GƏNCLƏRİN SAĞLAMLIĞINA QAYĞI GÖSTƏRİR
Mənzil qərargahı Hollandiyanın paytaxtı Amsterdam şəhərində yerləşən Benilüks Azərbaycanlıları Konqresinin (BAK) mətbuat xidmətindən AZƏRTAC-ın xüsusi müxbirinə bildirmişlər ki, qurum ölkəmizin tarixi, mədəniyyəti və incəsənəti sahəsində maraqlı və yaddaqalan təbirlər keçirməklə bərabər, bu ölkədə yaşayan azərbaycanlı gənclərin sağlamlığına da xüsusi qayğı göstərir.
Təşkilat Hollandiyanın ikinci böyük şəhəri Rotterdamda gənclərin asudə vaxtlarını mənalı keçirməsi və idmanla məşğul olması məqsədilə yerli bələdiyyədən kirayəyə xüsusi zal götürmüşdür. Gənclər burada kikboksinq, güləş, cüdo və idmanın digər növləri ilə məşğul olmaq imkanı əldə etmişlər.
Sağlamlıq devizini əldə rəhbər tutan BAK Avropada geniş yayılmış “Tütünsüz həyat” kampaniyasına qoşulmuş və bu məqsədlə azərbaycanlı gənclər arasında müxtəlif tədbirlərlə təbliğat işini gücləndirmişlər.
Konqres yaxın zamanlarda azərbaycanlı gənclərdən ibarət futbol komandasının yaradılmasını planlaşdırır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [22:48]
Marneulidə ilk dəfə mental arifmetika tədris olunacaq
- 02.10.2026 [18:51]
Xaricdə Yaşayan Azərbaycanlı Alimlərin II Forumuna qeydiyyat başlayıb
- 28.09.2026 [11:41]
Avropadakı soydaşlarımız şəhidlərimizi sonsuz minnətdarlıqla yad edirlər
- 15.09.2026 [13:31]
Nobel mükafatı laureatı Əziz Səncər Prezident İlham Əliyevə təşəkkür edib
- 14.09.2026 [16:21]
Ştutqart Azərbaycan Evində xeyriyyə konserti
- 12.09.2026 [13:12]
Almatıda Azərbaycan Bazar günü məktəbi fəaliyyətə başlayıb
Bu saata olan əsas xəbərlər
- [20:00]
Şərurda müşavirə keçirilib
- [19:52]
Bakı Bəyannaməsi qəbul edilib
- [16:13]