BƏRDƏDƏ BƏLƏDİYYƏ SEÇKİLƏRİ DEMOKRATİK VƏ ŞƏFFAF KEÇİRİLƏCƏK
94 saylı Bərdə kənd seçki dairəsi dairə seçki komissiyasında (DSK) oktyabrın 6-da bələdiyyələrə keçiriləcək təkrar, əlavə, yeni və ilk seçkilərə hərtərəfli hazırlıq görülür.
DSK-nın sədri Asif Hüseynov AZƏRTAC-ın müxbirinə bildirmişdir ki, dairənin əhatə etdiyi 63 bələdiyyənin ərazisində 47 seçki məntəqəsi təşkil olunmuşdur. Həmin məntəqələr üzrə seçicilərin ümumi sayı 41 min 109 nəfərdir. Bələdiyyə seçkiləri 7 bələdiyyədə aparılacaq, 30 bələdiyyə üzvü seçiləcəkdir. Seçici siyahıları dəqiqləşdirilmişdir.
Dairədə keçirilən treninqlərdə, seminar müşavirələrdə seçkilərin ədalətli, demokratik, azad və şəffaf keçirilməsinin vacibliyi diqqətə çatdırılmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:15]
Prezident: Sülh hələ də kövrəkdir, onu qorumaq və möhkəmləndirmək lazımdır
- 15.10.2026 [12:44]
Azərbaycan Prezidenti: Bizi müharibəyə Ermənistan məcbur edib
- 15.10.2026 [12:17]