Bərdədə “Şahin” hərbi-idman oyununun qalibləri mükafatlandırılıb












Bərdə, 20 aprel, AZƏRTAC
Bərdə şəhər 5 nömrəli tam orta məktəbdə “Şahin” hərbi-idman oyununun rayon birinciliyinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Bərdə Rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli və Qarabağ Regional Təhsil İdarəsinin Bərdə Sektorunun müdiri Qurban Məmmədov qalibləri təbrik edib, “Şahin” hərbi-idman oyunlarının gənclərin ordu sıralarına hazırlanmasında, onların vətənpərvərlik ruhunda tərbiyəsində böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bildirilib ki, “Şahin” hərbi-idman oyununun Bərdə rayon birinciliyində 48 komanda iştirak edib. Yekun nəticəyə əsasən Yeni Daşkənd kənd tam orta məktəbinin komandası birinci, Bərdə şəhər 3 nömrəli tam orta məktəbin komandası ikinci, Mustafaağalı kənd tam orta məktəbin komandası üçüncü yerə layiq görülüb.
Tədbirdə qalib komandalar Bərdə rayon Gənclər və İdman İdarəsinin müvafiq dərəcəli diplomları ilə təltif olunublar.