BƏRDƏDƏ YENİ RABİTƏ MÜƏSSİSƏLƏRİ AÇILMIŞDIR
Bu münasibətlə keçirilən mərasimin iştirakçıları əvvəlcə, ümummilli liderimizin abidəsi önünə gül-çiçək dəstələri düzmüş, ulu öndərin xatirəsini ehtiramla yad etdikdən sonra Heydər Əliyev muzeyi ilə tanış olmuşlar.
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov respublikamızda rabitənin inkişafında ümummilli liderimiz Heydər Əliyevin xidmətlərini xüsusi vurğulamışdır. Natiq respublikamızda rabitə xidmətinin səviyyəsinin yüksəldilməsi sahəsində görülən işlərdən danışmışdır.
Rəmzi qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları ATS-lərin işi ilə tanış olmuşlar.
Sakinlər onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmişlər.
X X X
Həmin gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Bərdə rayonunda “Aztelekom” İstehsal Birliyinin zona texniki xidmət qrupunda və poçt filialının təmir edilmiş binalarında rabitəçilərlə görüşmüşdür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:24]
Qusar-Həzrə-Sudur avtomobil yolunda bərpa işləri başa çatıb
- 15.10.2026 [12:10]