Azərbaycan Dövlət İnformasiya Agentliyi

Berlində Türk Evində Xocalı faciəsinin qurbanlarının xatirə gecəsi keçirilmişdir

Berlində Türk Evində Xocalı faciəsinin qurbanlarının xatirə gecəsi keçirilmişdir

Berlin, 27 fevral (AZƏRTAC). Berlində Türk Evinin iclas salonunda erməni silahlı birləşmələrinin 20 il əvvəl törətdikləri Xocalı soyqırımının qurbanlarının xatirə gecəsi olmuşdur. Tədbir Bundestaqın keçmiş deputatı Hakkı Keskinin və Milli Məclisin deputatı Rövşən Rzayevin sədrliyi ilə keçmişdir. Onlar giriş nitqlərində törətdikləri ağır cinayəti riyakarcasına təkzib etdiklərinə görə Ermənistan rəhbərliyini qətiyyətlə pisləmişlər.

Hakkı Keskin bildirmişdir ki, bütün dünyanın Xocalı soyqırımının ildönümünü dərin hüznlə qeyd etdiyi bu günlərdə Almaniyanın Ağaşı Saksoniya vilayətinin Mədəniyyət Nazirliyi arsızcasına ermənilərin 1915-ci il qondarma soyqırımına həsr olunmuş “maarifləndirici forum” keçirir.

Keskin demişdir: “Belə bir forumun keçirirlməsi tarixinin seçimi adi təsadüfdürmü? Bunun məxsusi edildiyinə şübhə ilə yanaşan az adam tapılar”. Bundestaqın sabiq deputatı vurğulamışdır ki, erməni silahlı qüvvələrinin Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsi, Avropa Parlamentinin və hətta ayrı-ayrı milli parlamentlərin, o cümlədən Almaniyanın qanunvericilik orqanının qətnamələri vardır. Lakin Liviyaya dair qətnaməni onun qəbul edilməsindən cəmi bir neçə saat sonra həyata keçirməyə qalxan dünya birliyi artıq 20 ildir öz qərarlarına qarşı tam biganəlik göstərir və Ermənistanı beynəlxalq qurumların tələblərini yerinə yetirməyə məcbur etmək istəmir”.

Keskin ürək ağrısı ilə bildirmişdir ki, hazırda yüz il əvvəlki hadisələri müzakirə edən dünya cəmi 20 il əvvəl baş verənlərə göz yumur.

Sonra çıxış edən Milli Məclisin deputatı Rövşən Rzayev demişdir ki, Azərbaycan soyqırımın inkar edilməsinin kriminallaşdırılması haqqında qalmaqallı qanun layihəsinin Fransa parlamenti tərəfindən qəbul edilməsini başqa ölkələrdən daha qətiyyətlə pisləmişdir. O demişdir: “Türkiyə Azərbaycanın daim onun yanında olduğuna və bundan sonra da olacağına şübhə etməməlidir, çünki biz qardaş dövlətlərik. Biz yalnız birlikdə həqiqəti dünya birliyinə çatdırıb, erməni təbliğatının yalanını ifşa edə bilərik”.

Almaniyada yaşayan həmvətənimiz Naibə Tural tarzən Ələkbər Əliyevin müşayiəti ilə Zəlimxan Yaqubun və Sabir Rüstəmxanlının əsərlərindən parçalar oxumuşdur. Sonra alman dilində Xocalı soyqırımı haqqında sənədli film nümayiş etdirilmişdir.

Xocalı sakinləri Anar Usubov, İbrahim Həsənov, Yusif Savalan, Aliyə Abışova, Xəzangül Əmirova, Hüseynağa Quliyev çıxış edərək, yaşamış olduqları dəhşətlərdən söz açmışlar. Məsələn, Azərbaycan Dillər Universitetinin tərcümə kafedrasının 63 yaşlı baş müəllimi Yusif Savalan demişdir ki, İkinci Dünya müharibəsində, 1942-ci ildə Kerç ətrafında almanlara əsir düşən atası ölüm düşərgəsinə göndərilmişdir. O vaxt almanlar onu güllələməmişdilər, çünki qarşılarında adi əsgər, çox güman, müharibədən əvvəl əlində heç vaxt silah tutmamış kənd adamı görmüşdülər. 50 il sonra 83 yaşlı qocanı öz evində amansızcasına erməni cəlladları güllələdilər.

Xəzangül Əmirova demişdir ki, onun gözləri qarşısında meşədə 5 yaşlı bacısını və anasını qətlə yetirmiş, atasını və o vaxt 8 yaşı olan Xəzangülü girov götürüb Əsgərana aparmışlar. Atası ayağından ağır yaralanmışdı. Lakin buna baxmayaraq, ona yüngül yaralanmış erməni quldurunu qucağına götürüb aparmağı əmr etmişlər. Atası nəinki kimisə daşımaq, hətta özünün də getmək iqtidarında olmadığını deyəndə onu öldürməyə hazır idilər. Səhər Əsgəranda Xəzangül atası ilə görüş xahiş edəndə ermənilər lağa qoyaraq cavab vermişlər. “Ah, sən atanımı görmək istəyirsən? Yaxşı, gedək, indi onu görərsən”.

Onlar balaca qızı yarımcan vəziyyətdə olan atasının sarındığı ağacın yanına gətirmiş və atasından “Qarabağ erməni torpağıdır” sözlərini deməsini tələb etmişlər, lakin o, bunu deməkdən imtina etmişdir. Ermənilər onu qızının gözləri qarşısında öldürməklə hədələmişlər. Amma o, yenə də ermənilərin ondan eşitmək istədikləri sözləri deməmişdir. Onda ermənilər kişinin dizlərindən aşağı ayaqlarına benzin töküb yandırmışlar. Bir neçə dəfə Xəzangülün atasına müraciət edib, vətənindən üz döndərəcəyi təqdirdə alovu söndürəcəklərinə söz vermişlər. Cavabında Xəzangülün atası ermənilərin üzünə tüpürmüşdür. Bundan sonra onun bütün bədəninə benzin töküb, 8 yaşlı qızının gözü qarşısında diri-diri yandırmışlar.

Aliyə Abışova öz xatirələrini bölüşərək demişdir ki, ermənilər Aliyənin doğma şəhərinə hücun edəndə onun cəmi 10 yaşı vardı. Aliyənin ailəsi fevralın 26-da təxminən 50 sakinlə birlikdə bütün günü Xocalıdakı yeganə beşmərtəbəli evdə keçirmiş və yalnız həmin günün axşamı saat 7-dən dumanlı havada gözə görünmədən meşəyə çəkilmişdir. Meşədə gördükləri onun yaddaşından heç vaxt silinməyəcəkdir.

Aliyə demişdir: “Şəhəri tərk etmiş sakinlərin əsas hissəsi - biçarə qaçqınlar bizdən bir neçə saat əvvəl bu meşə çığırlarından keçmişdilər. Hər yerdə eybəcər hala salınmış cəsədlər vardı. Kəsilmiş başlar hara gəldi atılmışdı. Mən kəsilmiş qadın döşləri gördüm. Hamilə qadının qarnını yarıb onun hələ doğulmamış körpəsini yanına uzatmış, körpənin yerinə ananın bətninə kəsilmiş kişi başı qoymuşdular. Anam 10 yaşlı qızının bütün bunları görməməsi üçün əlləri ilə gözlərimi qapamağa çalışırdı”. Aliyənin ailəsi - anası və iki bacısı başqa qaçqınlarla birlikdə düz 4 gün ac-susuz meşə ilə irəliləyərək özününkülərə yetişməyə çalışmışdır. Bu müddət ərzində qaçqınlar bir neçə dəfə ermənilərin pusqusuna düşmüşdülər. Belə pusquların birində Aliyənin atasını öldürmüşdülər. Duman üzündən bir neçə dəfə yolu azan qaçqınlar Ağdam yolunu axtarırdılar”.

Aliyə xatırlayır: “Anam yaşyarımlıq bacım Aygünü belinə sarıyıb kürəyində daşıyır, mən isə 1-ci sinif şagirdi olan ortancıl bacım Aynurə ilə qarın üstündə ayaqyalın gedirdik. Ayaqlarımızı hiss etmirdik. Anam örpəyini açıb bizim üçün bir növ çarıq düzəltmişdi, lakin qar onun içinə dolduğundan biz yenə də donurduq. Ermənilərin quldur yuvasına çevirdikləri Naxçıvanik kəndinin yanından yalnız gecə keçmək olardı, çünki gündüz təpədə duran BTR-dən keçmək istəyən hər kəsə atəş açılırdı. Meşənin kənarında bizi uzaqdan silahlı insanlar gördülər. Onlar azərbaycanca “Bizə tərəf gəlin, biz sizinkilərik” deyə qışqırışmağa başladılar. Dəstənin bir hissəsi onlara inandı və həmin səmtə getdi. Lakin bizi çağıranlar, sən demə, ermənilər imiş. Onlar qaçqınların bir hissəsini əsir götürdülər, bir hissəsini isə güllələdilər. Ermənilərə inananlar arasında Mobil adlı qonşumuz da vardı. Sonradan onun başını hansısa erməninin məzarı üstündə kəsmişdilər”.

Aliyə sonra demişdir: “Dördüncü gün biz, nəhayət, Naxçıvanik kəndinin yanından ötüb, Ağdama yol ala bildik. Mən bacımla artıq donmuşduq. Anam yıxılmağımıza, zəiflikdən və soyuqdan donub ölməyimizə imkan verməmək üçün başımızı söhbətlə qarışdırmağa çalışırdı. Ağdamın girəcəyində (biz bunu bilmirdik, çünkü bir neçə dəfə yolu azmışdıq) hansısa adamlar bizi uzaqdan görüb papaqlarını yelləməyə başladılar. Hər yerə duman çökdüyündən bu insanların kim olduqlarını və harada olduğumuzu seçə bilmirdik. Anam bu insanların yenə də ermənilər olduqlarını düşündü, lakin ümidsizcəsinə onlara tərəf getmək qərarına gəldi, çünki harada və necə öləcəyimizin artıq heç bir əhəmiyyəti yox idi. Amma onlar bizimkilər idi. Özümdən getdiyim üçün daha nələr olduğunu xatırlamıram. Sonradan bizə dedilər ki, öldüyümü düşünərək məni qucaqlarında aparmışlar. Ağdama çatdırıb orada dəfn etmək istəmişlər. Məni bir gün ölü adı ilə Ağdam xəstəxanasında saxlamışlar. Yalnız ertəsi gün həkimlər sağ olduğumu hiss etmişlər. Bizi Bakıya gətirdilər. Burada bizim - hər üç bacının ayaqlarını kəsmək istəyirdilər. Amputasiyadan bir saat əvvəl birdən-birə ayağımın yüngül gicişdiyini hiss etdim və bunu həkimimə dedim. Ertəsi gün ayaqlarım hərəkət etməyə başladı. Eyni hissləri keçirmək xoşbəxtliyi bacılarıma da nəsib oldu, əgər buna “xoşbəxtlik” demək olarsa. Bizim bioqrafiyamızda uşaqlıq deyilən qrafa yoxdur. Bu qrafa əbədi olaraq boş qalacaqdır”.

Xocalının salamat qalmış daha bir sakini, 6 gün girovluqda olan Hüseynağa Quliyev demişdir: “Bu altı gün altı ilə bərabər idi. İlahi, insanları ara vermədən qəddarcasına nə qədər döymək olar? Onlar özlərini vəhşi heyvan kimi aparırdılar. Ağzımda öz dişim qalmayıbdır. Başımı bir erməni məzarının üstündə kəsmək istəyirdilər. Lakin al-qana bulaşmış başım saysız-hesabsız zərbələrdən elə eybəcər şəklə düşmüşdü ki, bu cəlladlar mənim əvəzimə edam yerinə başı daha “təmiz” olan başqa azərbaycanlını aparmaq qərarına gəldilər”.

Quliyev demişdir ki, ermənilərin əlinə dünyadan bixəbər körpə əkiz qardaşlar düşmüşdü. İntiharçı-terrorçu yetişdirib sonradan azərbaycanlıların üstünə göndərmək üçün onları Ermənistana yolladılar. Onlar elə-belə də deyirdilər: “Bizə sizin uşaqlar lazımdır. Sonradan onları sizinlə müharibəyə göndərəcəyik”. Həmin əkiz qardaşları sonradan pulla geri almaq mümkün oldu.

Auditoriya möcüzə şəklində salamat qalmış Xocalı sakinlərinin söhbətlərini çətinliklə dinləyirdi. Tədbir iştirakçılarından biri burada eşitdiklərini şərh edərək demişdir ki, arxiv materiallarına görə, erməni quldur dəstələri Birinci dünya müharibəsi illərində rus ordusundan xəlvət Anadolunun işğal olunmuş ərazilərində - Vanda, Qarsda, Ərzurumda və s. dinc müsəlman əhalisinin başına olmazın müsibətlər gətirmişlər.

İclas salonunun divarlarından Xocalı qətliamı qurbanlarının və bu təsvirəgəlməz cəhənnəmdən qurtula bilmiş yaralı xocalılıların şəkilləri asılmışdı.

Vüqar Seyidov

AZƏRTAC-ın xüsusi müxbiri

Berlin

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

SOCAR “Halliburton” şirkəti ilə mümkün əməkdaşlıq perspektivlərini dəyərləndirib

“Turan Tovuz” – “İmişli” oyununun yeri dəyişdirilib

Vüqar Bayramov: Maliyyə Monitorinqi Xidmətinin yeni qaydaları çirkli pulların yuyulmasına qarşı mübarizəni gücləndirəcək

Azərbaycan istehsalı olan SİQR 01 və SİQR 02 ilk dəfə ictimaiyyətə nümayiş olunur

Recep Öztop: Türkiyə olaraq Mingəçevir Reqatasında təmsil olunmaqdan məmnunluq duyuruq

İranın Gürcüstandakı səfiri XİN-ə çağırılıb

® “PAŞA Holding” AFAQ layihəsinə dəstəyini davam etdirir

İndoneziyada gəmi qəzasında ölənlərin sayı 78-ə çatıb

Azərbaycan Ordusunun Baş Qərargah rəisi İran hərbi nümayəndə heyəti ilə görüşüb

Tədqiqat: Dəniz səviyyəsinin yüksəlməsi yabanı dəniz növlərinin yayılma arealını genişləndirə bilər

Vinil valdan notlara: Niyazinin “Arşın mal alan” üzərindəki redaktəsi bərpa edilir

Bakıda Beynəlxalq Konfutsi İnstitutu Günü qeyd olunub

Şavkat Mirziyoyev FIFA prezidenti ilə Azərbaycan və Özbəkistanda keçiriləcək dünya çempionatını müzakirə edib

İnformasiya Texnologiyaları İnstitutunun rəsmisi: “OpenAI” ilə əməkdaşlıq yeni imkanlar yaradacaq

Azərbaycanın stolüstü tennisçiləri Tbilisidən 5 medalla qayıdırlar

“Qarabağa Qayıdış – İlk Texnika Festivalı” Zəngilanda

Mustafa Mehmandarov: Üzeyir bəyin “Azərbaycan xalq musiqisinin əsasları” kitabı bu gün də misilsiz qaynaqdır

Beynəlxalq İnvestisiya Forumu xarici investorlarla yerli sahibkarlar arasında əməkdaşlıq imkanlarını genişləndirir – MÜSAHİBƏ

Mingəçevir Reqatası: Azərbaycan avarçəkənləri daha 7 medal qazanıblar

“Elm və həyat” jurnalında ədəbiyyat məsələləri” monoqrafiyası çap olunub

BMU “ADEX 2026”da müdafiə sənayesi üçün əhəmiyyətli 11 elmi-tədqiqat nəticəsini təqdim edir

Azərbaycanı U-17 Avropa çempionatında 21 boksçu təmsil edəcək

Payızın ilk “Ulduz”u

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Qazi: Övladının gözü yolda qalan silahdaşımın yerinə şəhid olmaq istəyirdim VİDEO

Böyük Britaniyanın Aİ-yə yenidən qoşulması nəzərdən keçirilə bilər

“Həzrəti-Sultan” muzey-qoruğunun direktoru: Xoca Əhməd Yəsəvinin irsi türk xalqlarını ümumi mənəvi dəyərlər ətrafında birləşdirir

Statistika Şurasının iclasında Milli Statistika Sisteminin inkişaf istiqamətləri müzakirə olunub

Lixtenşteyn millisinin baş məşqçisi: Sabahkı oyunun favoriti Azərbaycan yığmasıdır

Maştağada saxta alkoqollu içkilərin istehlaka təqdim edilməsinin qarşısı alınıb

Azərbaycanın turizm brendi Brüssel sammitinin diqqət mərkəzində

“ASAN xidmət”in ixrac coğrafiyasına Karib ölkələri də daxil olub

Azərbaycan Ordusunun müasir silah və texnika ilə təminatı istiqamətində mühüm işlər həyata keçirilir - ŞƏRH

Qəbələnin turizm imkanları İstanbulda təqdim olunub

Lixtenşteynli futbolçu: Azərbaycan millisi ilə oyuna tam hazırıq

Ali Məclisin 2026-cı il payız sessiyasının ilk iclası keçirilib

“Erkən hisslər” qısametrajlı filmi beynəlxalq festivalda mükafata layiq görülüb

bp “Mərkəzi Azəri” platformasında qazın yenidən laylara vurulma gücünü artırıb

Azərbaycan və Özbəkistan Müdafiə nazirlikləri arasında "İkitərəfli Hərbi Əməkdaşlıq" planı imzalanıb

Orta Dəhliz boyunca 14 terminal tikiləcək

Ankaradakı iclasda Azərbaycanda ixracın artırılmasında maliyyə alətlərinin rolundan danışılıb

Qırğızıstanda meşə sahəsi 500 min hektardan çox artıb

Hesablama Palatasında 2027-ci il dövlət büdcəsinin layihəsi müzakirə olunub

Dünya miqyasında məlumat mərkəzlərinin sayı 12 min 259-a yüksəlib

Selçuk Bayraktar: “TEXNOFEST” nəsli Türkiyənin inkişaf lokomotividir

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb