BERLİNDƏ “TÜRKÜN QARA GÜNÜ - XOCALI SOYQIRIMI” ADLI SƏRGİ-KONFRANS KEÇİRİLƏCƏKDİR
AZƏRTAC xəbər verir ki, Milli Məclisin deputatları Yaqub Mahmudov, Elman Məmmədov, Məlahət Həsənova, Aqil Abbasov və Fəzail İbrahimli fevralın 23-də Almaniyaya gedəcəklər.
Milli Məclisdən bildirmişlər ki, səfərdən məqsəd Türkiyənin İğdır bələdiyyəsinin Berlində təşkil etdiyi “Türkün qara günü - Xocalı soyqırımı” adlı sərgi-konfransda iştirak etməkdir.
Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, deputat Y.Mahmudov və tarix elmləri doktoru F.İbrahimli konfransda məruzə ilə çıxış edəcəklər. Milli Məclisin deputatları Xocalı soyqırımı, eləcə də son iki yüz ildə erməni millətçilərinin Türkiyə və Azərbaycan xalqlarına qarşı törətdikləri vəhşilikləri Avropa və dünya ictimaiyyətinin diqqətinə çatdırmaq istiqamətində konfrans iştirakçılarını məlumatlandıracaqlar.
Səfər fevralın 26-da başa çatacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]