Berlində Xocalı faciəsinin 20-ci ildönümü ilə bağlı sərgi açılmışdır
Berlin, 27 fevral (AZƏRTAC). Berlin şəhərinin “Am Festunqsqraben” sarayının sərgi salonunda Xocalı faciəsinin 20-ci ildönümünə həsr olunmuş sərgi açılmışdır.
Azərbaycan Diasporunun Almaniyadakı Mərkəzi Şurasının prezidenti, həmyerlimiz Tengis Sade Baron zu Romkerhall-ın təşəbbüsü, Azərbaycan Respublikasının Almaniyadakı səfirliyinin, Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin rəhbəri Samirə Patser-İsmayılovanın birgə dəstəyi ilə təşkil olunmuş bu sərgidə Maqdeburqdakı “Valdorf” özəl məktəbinin “Biz sülh istəyirik” kampaniyası çərçivəsində şagirdlərin boyakarlıq işindən ibarət ekspozisiya nümayiş etdirilmişdir.
Sərgidə nümayiş olunan rəsmlərə münsiflər heyətinin üzvləri Elnarə İsmayılova və Thomas Mohs tərəfindən rəy verildikdən sonra, Mərkəzi Şuranın prezidenti Tengis Sade Baron zu Romkerhall tərəfindən qaliblərə - Marlene Fiedler, Yorinde Fritş və Karl Davlisə diplomlar və pul mükafatları təqdim edilmişdir. Sonra Maqdeburqdakı “Valdorf” özəl məktəbinin şagirdləri latın dilində “Allah, bizə sülh göndər” mahnısını ifa etmişlər.
Sərgidə iştirak edən şagirdlər və müəllim heyəti Xocalı faciəsinin insanlığa qarşı yönəlmiş ən qəddar cinayətlərdən biri olduğunu qeyd etmiş, tədbirin təşkili və şagirdlərə göstərilən böyük dəstək üçün Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazova minnətdarlıqlarını bildirmişlər.
Vüqar Seyidov
AZƏRTAC-ın xüsusi müxbiri
Berlin
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]