Beynəlхalq Yer Günü ilə əlaqədar iməcilik keçirilmişdir
Bakı, 19 aprel (AZƏRTAC). Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) hər il 22 aprel - Beynəlхalq Yer Günü ilə əlaqədar iməciliklər keçirir.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, belə tədbirlərdən biri aprelin 19-da Zığ dairəsi - Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 10-cu kilometrliyində keçirilmişdir.
Nazirliyin 400-ə yaxın əməkdaşının iştirak etdiyi iməcilikdə həmin ərazinin 100 hektar sahəsində yaşıllıqlara aqrotexniki qulluq göstərilmiş, ağacların dibi yumşaldılmış, həmçinin ərazi alaq otlarından və tullantılardan təmizlənmişdir.
Beynəlxalq Yer günü ilə əlaqədar regionlarda da təmizlik və abadlıq işləri aparılır.
Xatırladaq ki, Beynəlxalq Yer gününün keçirilmə ənənələri ХIХ əsrin 40-cı illərinə təsadüf edir. 1882-ci ildə 22 aprel tarixi Nebraska ştatında rəsmi olaraq bayram günü elan olunaraq “Ağac günü” kimi qeyd olunmağa başlanmışdı. 1970-ci ildən isə ekoloji fəallardan olan senator Geylord Nelsonun təklifinə əsasən, ekoloji problemlərə, ətraf mühitin çirklənməsinə, təbiətin əhəmiyyətinə diqqəti artırmaq məqsədi ilə həmin günün adı dəyişdirilərək, “Yer günü” adlandırılmışdı.