Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Zaporojye AES-ə gəlib
Kiyev, 15 iyun, AZƏRTAC
Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi iyunun 15-də Zaporojye AES-ə gəlib. Bu, BAEA rəhbərinin Rusiya tərəfindən zəbt olunmuş stansiyaya üçüncü səfəridir.
AZƏRTAC Ukrayna mediasına istinadla xəbər verir ki, Qrossi Zaporojye AES-dəki təhlükəsizlik məsələlərini nəzərdən keçirəcək. O, AES-ə ilk dəfə ötən 2022-ci ilin sentyabrında, ikinci dəfə isə bu ilin martında baş çəkib.
Rusiya ordusu Zaporojye Atom Elektrik Stansiyasını Ukraynaya genişmiqyaslı hücumun ilk həftələrində ələ keçirib. Ruslar stansiyaya hərbi texnika yerləşdirib, ərazini minalayıb və dəfələrlə atəşə tutublar. Bundan əlavə, Kaxovka su elektrik stansiyasının bəndi parladıldıqdan sonra AES-in reaktorlarını soyutmaqla bağlı təhlükə yaranıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.09.2026 [16:23]
Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb
- 30.09.2026 [16:04]
Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib
- 30.09.2026 [15:53]
Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib
- 30.09.2026 [15:39]
Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb
- 30.09.2026 [14:49]
Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub
- 30.09.2026 [14:39]
Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb
- 30.09.2026 [14:20]