BEYNƏLXALQ DƏRƏCƏLİ AİBA HAKİMİ RÖVŞƏN HÜSEYNOV DÜNYA ÇEMPİONATINA HAKİMLİK EDƏCƏKDİR
Bakı, 31 iyul (AZƏRTAC). İtaliyanın Milan şəhərində keçiriləcək boks üzrə dünya çempionatında 113 ölkənin 700-dək idmançısı ilə yanaşı, Azərbaycanın da qara əlcək ustaları iştirak edəcəklər. Bu mötəbər yarışın startına 1 aya yaxın vaxt qalsa da, dünya birinciliyində iştirak edəcək ölkələrin sayı rekord həddə çatmışdır. Çikaqoda keçirilmiş boks üzrə son mundialda 101 ölkənin 500-dən artıq atleti təmsil olunduğu halda, budəfəki birincilikdə ölkələrin sayı 113, idmançıların isə 700-dən çoxdur.
Azərbaycanın boks üzrə milli komandası bəhs olunan dünya birinciliyində 11 çəkinin hamısında təmsil olunacaqdır. Qeyd etmək lazımdır ki, baş məşqçi Nəriman Abdullayevin yetirmələrinin əksər üzvləri üçün Milandakı mundial ilk olacaqdır.
Həmçinin ilk dəfə olaraq Azərbaycan Boks Federasiyasının vitse-prezidenti, beynəlxalq dərəcəli AİBA hakimi Rövşən Hüseynov Beynəlxalq Boks Federasiyası tərəfindən sentyabrın 1-dən 12-dək keçiriləcək dünya çempionatının oyunlarını idarə etmək üçün dəvət olunmuşdur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]