BEYNƏLXALQ ƏLAQƏLƏRİN GENİŞLƏNDİRİLMƏSİ ÜÇÜN LAYİHƏLƏR HAZIRLANMIŞDIR
Bakı, 24 iyul (AZƏRTAC). Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi beynəlxalq əlaqələrin genişləndirilməsi istiqamətində bir neçə layihə hazırlamışdır.
İdarənin rəisi Raqif Abbasov demişdir ki, bir neçə mühüm beynəlxalq konfransda iştirak üçün dəvət almışıq. Bundan Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması üçün istifadə edəcəyik. İlin sonuna qədər gənclər xarici ölkələrə ezamiyyətə göndəriləcəklər. Xəzərsahili ölkələrin gənclərinin toplantısının keçirilməsi də planalaşdırılır və hazırda müvafiq danışıqlar aparılır. Burada ilk dəfə foto və video hesabatlar veriləcəkdir. Nəzərdə tutulan layihələr çərçivəsində ikitərəfli sazişlər də imzalanacaqdır. Qazaxıstan və Macarıstanla əlaqələrin genişləndirilməsi istiqamətində tədbirlər görülür.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]
AFFA rəsmiləri “Qarabağ”ın akademiyasını ziyarət ediblər
- 16.10.2026 [16:14]