BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ MÜNASİBƏTİLƏ
Şəhər bələdiyyəsinin sədri Əbülfəz Babayev, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Əhliman Qarayev, habelə ictimai təşkilatların nümayəndələri çıxışlarında bildirmişlər ki, artıq 13 ildir bütün dünyada qeyd olunan bu gün Azərbaycanda 1995-ci ildən ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə xüsusi status almışdır. Ulu öndərimizin siyasi xəttinin layiqli davamçısı, dövlətimizin başçısı İlham Əliyev də sağlamlıqlarını itirərək əlil olmuş şəxslərə daim diqqət və qayğı göstərir.
Qeyd olunmuşdur ki, Sumqayıtda pensiyalar vaxtlı-vaxtında ödənilir, Böyük Vətən müharibəsi, Əfqanıstan və Qarabağ müharibələri, habelə Çernobıl qəzası əlillərinin və digər kateqoriyalardan olan əlillərin problemləri diqqət mərkəzindədir.
Şəhərdə fəaliyyət göstərən əlil cəmiyyətləri və birliklərinin nümayəndələri onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildirmişlər.
Həmin gün əlillərin ixtiyarına verilmiş “Göyərçin” restoranında səmimilik və mehribanlıq ab-havası hökm sürürdü. Sumqayıtın bədii özfəaliyyət kollektivlərinin konsert proqramı böyük maraqla qarşılanmışdır.