BEYNƏLXALQ FUTZAL TURNİRİNİN QALİBLƏRİ MÜKAFATLANDIRILMIŞLAR
Fevralın əvvəllərində “Olimpik Star” İdman Kompleksində start götürmüş turnirdə Azərbaycan və İranın 10 komandası mübarizə aparmışdır.
Komandaların mükafatlandırılma mərasimində İranın Azərbaycandakı səfiri Əfşar Süleymani və “Azərsun Holdinq” Şirkətlər Qrupunun prezidenti Abdulbari Gozal qalibləri və mükafatçıları salamlayaraq, turnirin keçirilməsinin əhəmiyyətindən danışmışlar.
Bildirilmişdir ki, bu cür turnirlərin təşkili dost ölkələrimiz arasında əlaqələrin daha da möhkəmlənməsinə xidmət edir.
Daha sonra üçüncü dostluq turnirinin qalibi Bakının “Bermuda”, ikinci yerin sahibi “Bakılılar” və üçüncü yer tutmuş İran səfirliyi Mədəniyyət Mərkəzinin “Fəcr” komandaları mükafatlandırılmışlar. Komandaların hər birinə kubok, fəxri diplom və qiymətli hədiyyələr verilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 01.10.2026 [13:41]
“Turan” voleybol komandası “Fənərbağça” ilə qarşılaşacaq
- 01.10.2026 [11:56]
İdman tarixində bu gün: Pele futbolçu karyerasını başa vurub
- 01.10.2026 [11:19]
Azərbaycan klubu amerikalı basketbolçunu heyətinə qatıb
- 01.10.2026 [10:56]