BEYNƏLXALQ GƏNCLƏR GÜNÜ QAXDA GENİŞ QEYD OLUNMUŞDUR
Qax, 13 avqust (AZƏRTAC). 12 avqust- Beynəlxalq Gənclər günü münasibətilə avqustun 12-də Qax şəhərində silsilə tədbirlər keçirilmişdir.
Rayon Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq, əvvəlcə Qax şəhərindəki Heydər parkında yeniyetmə və gənclər arasında stolüstü tennis üzrə rayon birinciliyi keçirilmişdir. Birinciliyin qalibləri idarənin diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışlar.
Şəhər stadionunda Qax və Gürcüstanın Telavı şəhərlərinin gənclərdən ibarət futbol komandaları arasında yoldaşlıq görüşü də böyük maraq doğurmuşdur. Bu oyunda yerli komanda 4:2 hesabı ilə qalib gəlmişdir.
Həmin gün Heydər parkında gənclər üçün bayram konserti və diskoteka da təşkil edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [22:43]
Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb
- 16.10.2026 [21:04]
Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb
- 16.10.2026 [17:59]
Azərbaycan U-15 Avropa çempionatında 21 boksçu ilə təmsil olunacaq
- 16.10.2026 [17:40]
Türkiyəli məşhur futbol mütəxəssisi dünya çempionatı üçün Bakıya gəlir
- 16.10.2026 [16:56]
Premyer Liqa: “Şamaxı” turun açılış oyununda əzmkar qələbə qazanıb
- 16.10.2026 [16:40]