BEYNƏLXALQ GÜN MÜNASİBƏTİLƏ MÜRACİƏT QƏBUL EDİLMİŞDİR
Müraciətdə deyilir ki, gender əsasında zorakılıq, bütövlükdə, cəmiyyətə zərbə vurur. Bu, qadınların məhsuldar məşğulluğa cəlb edilməsinə və qızların məktəbə getməsinə mane ola bilər. Zorakılıq qadınları müdafiəsiz cinsi əlaqələr qarşısında daha zəif edir və immun çatışmazlığı virusu - qazanılmış immun çatışmazlığı sindromunun (İÇV-QİÇS) daha geniş yayılmasına səbəb olur. Bütün bunlar ailə, xüsusilə də gələcək nəsillər üçün dərin və sağalmaz sarsıntıya gətirib çıxarır. Bununla əlaqədar, noyabrın 25-dən etibarən “16 günlük gender əsasında zorakılıqla fəal mübarizə” kampaniyası təşkil ediləcəkdir. Məqsəd hökumətlərin, BMT-nin ayrı-ayrı qurumlarının və vətəndaş cəmiyyəti fəallarının diqqətini qadınlara qarşı zorakılığın mənfi nəticələrinə cəlb etməkdir.