Azərbaycan Dövlət İnformasiya Agentliyi

Beynəlxalq ictimaiyyət: Azərbaycanın İrandakı səfirliyinə hücum qəbulolunmazdır və ciddi araşdırma tələb edir

Beynəlxalq ictimaiyyət: Azərbaycanın İrandakı səfirliyinə hücum qəbulolunmazdır və ciddi araşdırma tələb edir

Bakı, 28 yanvar, AZƏRTAC

Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən terror aktı ilə bağlı tviterin xarici seqmentində bir çox paylaşımlar edilib. Səfirliyimizə xain hücum dünya ölkələrinin və beynəlxalq təşkilatların rəsmiləri, xarici işlər nazirləri, səfirlər, XİN təmsilçiləri, siyasətçilər və jurnalistlər tərəfindən qətiyyətlə pislənilib və qəbuledilməz hesab olunub. Tvitlərdə, həmçinin terror hadisəsinin tam araşdırılması və təqsirkarların cəzalandırılması tələbi ifadə edilib.

AZƏRTAC tviterdəki paylaşımları təqdim edir.

•Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan: Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən, mühafizə xidmətinin rəisinin şəhid olduğu mənfur hücumu kəskin şəkildə qınayıram. Azərbaycanlı qardaşlarımıza başsağlığı verir, yaralılarımıza şəfa diləyirəm. Türkiyə can dostu qardaş Azərbaycanın yanındadır;

•Şimali Kipr Türk Respublikasının Prezidenti Ersin Tatar: Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən silahlı hücumu qınayır, həlak olan mühafizə rəisinə Allahdan rəhmət diləyir, yaralananlara tezliklə sağalmalarını arzulayıram. Kədəriniz kədərimizdir. Şimali Kipr Türk Respublikası daim Can Azərbaycan xalqının yanındadır. Başın sağ olsun, Azərbaycan;

•Moldova Parlamentinin spikeri İqor Qrosu: Azərbaycanın İrandakı səfirliyinə silahlı basqın zamanı qətlə yetirilən mühafizəçinin ailəsinə dərin hüznlə başsağlığı verirəm. Ümid edirəm ki, cinayəti törədənlərin və hadisənin motivlərinin üzə çıxarılması üçün ciddi araşdırma aparılacaq;

•Avropa Şurasının baş katibi Mariya Buriç: Azərbaycanın Tehrandakı səfirliyinə edilən bugünkü hücumu qətiyyətlə pisləyirəm. Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Azərbaycan xalqının yanında olduğumu bildirir, həlak olanın yaxınlarına başsağlığı verirəm;

•Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsinin mətbuat katibi Peter Stano: Aİ Azərbaycanın Tehrandakı səfirliyinə hücumla bağlı XİN-ə və Azərbaycan xalqına başsağlığı veririk. Diplomatik nümayəndəliklərə hücumlar qəbuledilməzdir. Həlak olan əməkdaşın ailəsinə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayırıq. Hücumun tam araşdırılacağına və hadisəni törədənlərin məsuliyyətə cəlb olunacağına ümid edirik;

•Gürcüstan XİN: Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirik. Hər hansı diplomatik nümayəndəliyə qarşı istənilən zorakılıq aktı tamamilə qəbuledilməzdir. Faciə qurbanının ailəsinə başsağlığı veririk;

•Belarus XİN: Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir, dəstəyimizi bildirir və yaralananların tezliklə sağalmasını arzulayırıq;

•Rumıniya XİN: Rumıniya Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən hücumdan dərin kədər hissi keçirir və bu qəbuledilməz əməli qəti şəkildə pisləyir. Cavabdeh şəxslər məsuliyyətə cəlb edilməlidir. Azərbaycana başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik;

•Xorvatiya XİN: Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən hücumu qətiyyətlə pisləyirik. Diplomatik missiyalara qarşı zorakılığa heç bir bəraət qazandırmaq olmaz. Azərbaycan hökumətinə və xalqına başsağlığı verir, bu çətin anlarda qəlbimizin zərərçəkənlərin və onların ailələrinin yanında olduğunu bildiririk;

•Slovakiya XİN: Slovakiya bu gün Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən silahlı hücumu qətiyyətlə pisləyir. Həlak olanların ailələrinə dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzu edirik;

•Niderland XİN: Niderland Krallığı Azərbaycanın İrandakı səfirliyinə qarşı edilən silahlı hücumu pisləyir. Diplomatik nümayəndəliklərə və şəxsi heyətə qarşı hər hansı hücum tamamilə qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir, yaralananlara isə şəfa diləyirik;

•Küveyt XİN: Küveyt Dövləti tərəfindən verilən bəyanatda Azərbaycan Respublikasının Tehrandakı səfirliyini hədəf alan silahlı hücum pislənilib və tənqid edilib;

•ABŞ Dövlət Departamentinin mətbuat katibi Ned Prays: Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilən hücumu pisləyirik və İran hökumətinə xatırladırıq ki, o, İrandakı xarici diplomatların təhlükəsizliyini təmin etməyə borcludur. Terror aktı nəticəsində həlak olan Orxan Əsgərovun yaxınlarına başsağlığı verir, yaralılara şəfa diləyirik;

•Türkiyə Respublikasının xarici işlər naziri Mövlud Çavuşoğlu: Can Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumu lənətləyirəm. Şəhid qardaşımıza Allahdan rəhmət, yaxınlarına və Azərbaycan xalqına başsağlığı, yaralananlara tezliklə şəfa tapmalarını diləyirəm. Azərbaycan heç zaman tək deyil;

•Latviya Respublikasının xarici işlər naziri Edqars Rinkeviçs: Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Diplomatik nümayəndəliklərə qarşı zorakılıq hərəkətləri tamamilə qəbuledilməzdir. Həlak olan şəxsin ailəsinə, xarici işlər naziri Ceyhun Bayramova və Azərbaycan XİN-in bütün əməkdaşlarına başsağlığı verirəm;

•Estoniyanın xarici işlər naziri Urmas Reinsalu: Bu gün Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Hər hansı diplomatik nümayəndəliyə qarşı istənilən zorakılıq tamamilə qəbuledilməzdir. Qətlə yetirilən şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir, yaralananların isə tezliklə sağalmasını diləyirəm;

•Şimali Makedoniya Respublikasının xarici işlər naziri Buyar Osmani: Azərbaycanın Tehrandakı səfirliyinə bu gün edilən hücumu qətiyyətlə pisləyirik və günahkarları məsuliyyətə cəlb etməyə çağırırıq. Diplomatik missiyalara qarşı hücumlar qəbuledilməzdir. Həlak olan əməkdaşın ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq;

•İsrail XİN-in mətbuat katibi Lior Hayat: Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş dəhşətli hücumda təhlükəsizlik xidməti rəhbərinin qətlə yetirilməsi bizi sarsıdıb və kədərləndirib. Azərbaycan xalqına və hökumətinə, həlak olanın ailəsinə dərin hüznlə başsağlığı verir, xəsarət alanların tezliklə sağalmasını arzulayırıq;

•Ukrayna XİN-in mətbuat katibi Oleq Nikolenko: Ukrayna Tehrandakı Azərbaycan səfirliyinə qarşı təşkil olunan və bir nəfərin ölümü ilə nəticələnən, eləcə də bir neçə təhlükəsizlik əməkdaşının yaralanmasına səbəb olan hücumu qətiyyətlə pisləyir. Hücum qurbanının yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılara şəfa diləyirik;

•Misir XİN-in mətbuat katibi Əhməd Əbu Zeyd: Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşının bu gün səfirliyə edilən hücum nəticəsində həlak olması ilə bağlı dost Azərbaycan hökumətinə və xalqına dərin hüznlə başsağlığı veririk. Misirin bu ağrılı hadisədə Azərbaycanın tam yanında olduğunu bir daha vurğulayırıq;

•Pakistan XİN-in mətbuat katibi Mümtaz Zəhra Bəluc: Pakistan hökuməti və xalqı bu gün Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan dərin kədər hissi keçirir. Həlak olan şəxsin ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalması üçün dua edirik. Pakistan bu kədərli gündə qardaş Azərbaycan xalqının yanındadır;

•Polşa XİN-in mətbuat katibi Lukaş Yasina: Polşa Xarici İşlər Nazirliyi Azərbaycanın Tehrandakı səfirliyinə qarşı edilmiş silahlı hücumu pisləyir. Mərhumun ailəsinə başsağlığı verir, yaralananlara və onların ailələrinə dəstəyimizi ifadə edirik;

•Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya Departamentinin direktoru Mattias Lüttenberq: Azərbaycanın Tehrandakı səfirliyinə hücum nəticəsində həlak olan əməkdaşın ailəsinə dərin hüznlə başsağlığı verirəm. Diplomatik nümayəndəliklərə qarşı hücumlar qəbuledilməzdir. Bu cinayətin başvermə şəraiti tez bir zamanda araşdırılmalıdır;

• ABŞ-ın Azərbaycandakı səfirliyi: Səfirlik Azərbaycan XİN-də çalışan həmkarlarına və onların ailə üzvlərinə Azərbaycanın Tehrandakı səfirliyində baş verən faciəvi insidentlə bağlı dərin kədərini bildirir. İnsident zamanı həyatını itirən Orxan Əsgərovun ailəsinə başsağlığı verir və yaralananlara şəfa diləyirik;

• İspaniyanın Türkiyədəki səfirliyi: Tehranda Azərbaycan səfirliyinə edilən hücumla əlaqədar çox məyus olmuşuq. Diplomatik missiyalara qarşı edilən hücumlar qəbuledilməzdir. Həyatını itirən şəxsin yaxınlarına başsağlığı verir və yaralananların isə tezliklə sağalmalarını arzu edirik;

•Pakistanın İrandakı səfirliyi: Pakistan hökuməti, xalqı və Pakistanın İrandakı səfirliyi adından Azərbaycanın Tehrandakı səfirliyinə qarşı təşkil edən qanlı hücumla bağlı səfirliyin əməkdaşlarına və mərhumun ailəsinə dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalması üçün dualar edirik;

• İtaliyanın Azərbaycandakı səfirliyi: Səfirliyimiz Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilən xain hücumdan qəzəbləndiyini bildirir və həlak olan şəxsin ailəsinə dərin hüznlə başsağlığı verir. Yaralıların tezliklə sağalmalarını arzulayır, təhlükəsizlik işçilərinin çevik və cəsarətli reaksiyasına heyran olduğumuzu bildiririk;

• Rusiyanın Azərbaycandakı səfirliyi: Təhlükəsizlik xidmətinin əməkdaşı Orxan Əsgərovun ölümü ilə nəticələnən Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum xəbəri bizi sarsıdıb. Azərbaycanlı həmkarlarımıza dərin hüznlə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayırıq;

• İsrailin Azərbaycandakı səfiri Corc Dik: Bu gün Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyevlə mühüm görüşümüz baş tutdu. Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş terror aktı ilə bağlı başsağlığı verdim və Azərbaycan xalqının yanında olduğumuzu bir daha bildirdim;

• İsrailin Almaniyadakı səfiri Ron Prosor: Tehrandakı bu dəhşətli hücumla əlaqədar Azərbaycan xalqına dərin hüznlə başsağlığı verirəm. Bu çətin vaxtda sizinlə çiyin-çiyinə birlikdəyik;

•Birləşmiş Krallığın Azərbaycandakı səfiri Fergus Ould: Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edilməsi və səfirlik əməkdaşının qətlə yetirilməsi xəbəri məni sarsıtdı. Qətlə yetirilən şəxsin ailəsinə başsağlığı verir, yaralılara şəfa diləyirəm. Prezidentin köməkçisi Hikmət Hacıyevlə mühüm görüşüm oldu. Azərbaycanın İrandakı səfirliyinin mühafizə xidmətinin rəisinin qətlə yetirilməsi ilə əlaqədar Britaniya hökumətinin başsağlığını çatdırdım. Biz mühüm regional təhlükəsizlik və humanitar məsələləri də müzakirə etdik;

•Fransanın Azərbaycandakı səfiri Ann Buayon: Bu gün səhər Azərbaycanın Tehrandakı səfirliyinə edilən hücumdan çox kədərləndim. Fransanın Azərbaycandakı səfirliyi adından Azərbaycan Xarici İşlər Nazirliyinin əməkdaşlarına və Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verirəm;

•Birləşmiş Krallığın İrandakı səfiri Saymon Şerkliff: Birləşmiş Krallığın Tehrandakı səfirliyi adından Azərbaycanın Tehrandakı səfirliyinin əməkdaşlarına, xüsusən də həlak olan şəxsin ailəsinə səmimi qəlbdən başsağlığı verirəm;

•Türkiyə Respublikasının Vyanadakı səfiri Ozan Ceyhun: Qardaş ölkə Azərbaycanın Tehrandakı səfirliyinə edilən xain hücumdan dərhal sonra Azərbaycanın Vyanadakı səfiri Rövşən Sadıqbəyli ilə görüşdüm. Hücum nəticəsində şəhid olan qardaşımıza Allahdan rəhmət, Can Azərbaycana başsağlığı və yaralılara şəfa dilədim. Hamımızın başı sağ olsun;

• BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva: Azərbaycanın İrandakı səfirliyinə edilən hücumu qətiyyətlə pisləyirəm. Mülki şəxslərə və mülki obyektlərə, o cümlədən diplomatik missiyalara qarşı hücumlar beynəlxalq humanitar hüquqa əsasən qəti qadağandır. Mərhumun ailəsinə başsağlığı verir və yaralananlara tezliklə şəfa diləyirəm;

• Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Peter Mixalko: Azərbaycanın Tehrandakı səfirliyinə edilən silahlı hücum nəticəsində baş verən insan ölümü və yaralananlar barədə xəbərlər məni dəhşətə gətirdi. Diplomatik nümayəndəliklərə qarşı hücumlar qəbuledilməzdir. Həlak olanın ailəsinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını arzulayıram;

• Türkiyənin “Baykar” şirkətinin texniki direktoru Selçuk Bayraktar: Qardaş ölkəmiz Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş xain hücumu şiddətlə qınayır, şəhid olan qardaşımıza Allahdan rəhmət, yaralananlara isə tezliklə şəfa diləyirəm;

• Fransa senatoru Natali Qule: Azərbaycanın Tehrandakı səfirliyinə edilən, bir nəfərin ölümü və təhlükəsizlik xidmətinin bir neçə əməkdaşının yaralanması ilə nəticələnən hücumu qətiyyətlə pisləyirəm. Həlak olan Orxan Əsgərovun ailəsinə dərin hüznlə başsağlığı verir, yaralıların tezliklə sağalmasını arzulayıram;

• Beynəlxalq İran Araşdırmaları İnstitutunun prezidenti Məhəmməd Əlsulami: Azərbaycanın Tehrandakı səfirliyinə qarşı törədilmiş hücum aktında təzə heç nə yoxdur. İran rejimi 1979-cu ildən bəri ABŞ, Səudiyyə Ərəbistanı, Birləşmiş Krallıq, Kanada, Fransa və Bəhreyn səfirliklərində bu siyasəti davam etdirir. Bu, siyasi və ideoloji mövqedir və bu cür hücumların arxasında həmişə İran rejimi dayanıb;

• “TRT World” kanalının aparıcısı və müxbiri Cəfər Hasnain: Azərbaycanın İrandakı səfirliyinə hücum Tehranın bir dövlət olaraq xarici nümayəndəliklərin təhlükəsizliyini təmin etməkdə nə qədər bacarıqsız olduğunu göstərir. Bu, ciddi beynəlxalq qınaq və təhqiqat tələb edən iyrənc bir hərəkətdir. İran buna görə cavab verməlidir.

Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücumla bağlı çoxsaylı paylaşımlar nəticəsində tviterin İran seqmentində “Tehran” və “Azerbaijan” sözləri, həmçinin “#İranianTerror”, “#Tehran”, “#Azerbaijan” həştəqləri dünya trendinə düşüb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər

Prokurorluq orqanlarına qulluğa qəbulla bağlı elan edilmiş müsabiqə üzrə test imtahanı oktyabrın 9-da keçiriləcək

Böyük Britaniyanın müdafiə naziri ADEX-2026 sərgisində iştirak edir

Avqustda qlobal LNG ticarəti 8,8 faiz azalıb

Fransada alıcılıq qabiliyyəti kəskin zəifləyir

Ruhəngiz Heydərova: Hidayət Cəfərovun Azərbaycan arxeologiyasına töhfələri xüsusi əhəmiyyət daşıyır

Fərhad Quliyev: Hidayət Cəfərov Qarabağ arxeologiyasının tədqiqində mühüm xidmətlər göstərib

Almaniyada çirkli pulların yuyulmasında şübhəli bilinən şəbəkəyə qarşı əməliyyat keçirilir

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 30 sentyabr

Azərbaycanın investisiya imkanları xarici investorların marağını artırır - ŞƏRH

Azərbaycanın süni intellekt sənayesi Qazaxıstandakı “AI&Digital Bridge 2026” forumunda təmsil olunacaq - ŞƏRH

Qlobal valyuta bazarında əsas amil aparıcı mərkəzi bankların faiz siyasətidir - ŞƏRH

Bolqarıstan klubunun rəhbər şəxslərindən biri Plovdivdə güllələnərək öldürülüb

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Yasamalda qəza baş vermiş ərazidə su axıntısının qarşısı alınıb VİDEO

Ötən ay 87 milyon manat məbləğində xəzinə qalığı müddətli depozitlərə yerləşdirilib

Azərbaycanlı tələbə Rusiya hökumətinin təqaüdünü qazanıb