BEYNƏLXALQ MÜŞAHİDƏÇİLƏRİN QEYDİYYATI DAVAM EDİR
MSK nəzdində fəaliyyət göstərən Müstəqil Mətbuat Mərkəzindən AZƏRTAC-a bildirmişlər ki, müşahidəçilərin tərkibinə ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosundan (DTİHB) 47 nəfər, Müstəqil Dövlətlər Birliyindən 152 nəfər, Müstəqil Dövlətlər Birliyi Parlament Assambleyasından 3 nəfər, Seçki Sistemləri üzrə Beynəlxalq Fonddan (İFES) 2 nəfər, Ukrayna Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Gürcüstan Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Latviya Mərkəzi Seçki Komissiyasından 3 nəfər, Avrasiya Fondundan 1 nəfər, Beynəlxalq Böhran Qrupundan 3 nəfər, Diplomatik və Strateji Araşdırmalar Mərkəzindən (DSAM) 25 nəfər, Maqdeburq Universitetindən (Almaniya) 6 nəfər, Estoniya parlamentindən 15 nəfər, Polşanın ölkəmizdəki səfirliyindən 4 nəfər, bundan əlavə Latviyadan 11 nəfər, Estoniyadan 2 nəfər və Bolqarıstanın CİFDE qeyri-hökumət təşkilatından 25 nəfər daxildir.
Beynəlxalq müşahidəçilərin qeydiyyatı seçkiyə 10 gün qalanadək davam etdiriləcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [17:29]
Milli maraqların qorunması üçün əsas şərt: güclü dövlət modeli - TƏHLİL
- 06.10.2026 [12:01]