BEYNƏLXALQ OLİMPİYA KOMİTƏSİ KİM UN YENİ VİTSE-PREZİDENT VƏZİFƏSİNDƏN UZAQLAŞDIRDI
Cənubi Koreya Milli Məclisinin sabiq deputatı Milli Olimpiya Komitəsinin prezidenti olarkən iki biznesmenə MOK üzvü seçilməkdə kömək etdiyi üçün onlardan 419 min dollar rüşvət almaqda təqsirləndirilir. Digər ittihamlar 72 yaşlı Kim Un Yenin Dünya Taekvondo Federasiyasının inkişafına ayrılmış milyonlarla dolları mənimsəməsi ilə əlaqədardır. Evində axtarış aparılarkən onun şəxsi seyfindən 5 milyon dollardan artıq məbləğdə valyuta və qiymətli əşyalar tapılmışdır.