Beynəlxalq poeziya festivalında ölkəmiz də təmsil olunur
Bakı, 19 oktyabr, AZƏRTAC
Oktyabrın 19-da Yakutiyada “Böyük qarın kəraməti” adlı beynəlxalq poeziya festivalına başlanılıb.
AZƏRTAC xəbər verir ki, festivalda ölkəmizi Dünya Gənc Türk Yazarlar Birliyinin məsləhət şurasının sədri, şair Əkbər Qoşalı təmsil edir. Festivala müxtəlif ölkələrdən olan tanınmış ədəbiyyat və poeziya nümayəndələri qatılıb.
Yakutsk şəhərinin Şimal Şərqi Federal Universitetinin mədəniyyət mərkəzində keçirilən festival çərçivəsində iştirakçı ədiblərin “Canlı avtoqraf” mərasimi təşkil olunacaq.
Oktyabrın 20-də festival çərçivəsində poeziya axşamının keçirilməsi də nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [18:20]
Muğam Mərkəzində “Turandan gələn səda”
- 16.06.2026 [17:10]
Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb
- 16.06.2026 [16:08]