BEYNƏLXALQ “QIZIL QRAN-PRİ” TURNİRİNİN FİNAL MƏRHƏLƏSİNDƏ SƏRBƏST GÜLƏŞÇİLƏR MÜBARİZƏYƏ BAŞLAMIŞLAR
Bakı, 19 iyul (AZƏRTAC). Bakı İdman Sarayında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş güləş üzrə beynəlxalq “Qızıl Qran-pri” turnirinin final mərhələsi davam edir.
Yarışın sonuncu günü 18 ölkənin sərbəst güləş üzrə 119 idmançısı döşək üzərinə çıxmışdır.
Azərbaycan yığmasını 55 kiloqram çəki dərəcəsində Namiq Sevdimov, Ceyhun Əliyev, Abil İbrahimov, Arif Zamanov və Mahmud Maqomedov, 60 kiloqram çəki dərəcəsində Zəlimxan Hüseynov, Etimad Qurbanov, Xaybulla Şaalov, Cəlal Süleymanov, Ramin Ələkbərov və Rövşən İsmayılov, 66 kiloqram çəki dərəcəsində Cəbrayıl Həsənov, Xaqan Süleymanov, İman Mirzəyev, Ruslan Dibirqayev, Emin Əzizov, Elmir Qəmbərov və David Suynuxyanov, 74 kiloqram çəki dərəcəsində Çamsulvara Çamsulvarayev, Elnur Əliyev, Aqil Quliyev, Əşrəf Əliyev, 84 kiloqram çəki dərəcəsində Novruz Temrezov, Şərif Şərifov, Hacı Əlixanov, İlham Abidov, 96 kiloqram çəki dərəcəsində Xetaq Qazyumov, Toxtar Temrezov, 120 kiloqram çəki dərəcəsində isə Əli İsayev, Maksim Proxorov təmsil edirlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [16:14]
Cud Bellinqem “Real Madrid”lə yeni müqavilə barədə razılığa gəlib
- 16.10.2026 [13:03]