BEYNƏLXALQ ŞAHMAT TURNİRİ BAŞA ÇATIR
SON TUR QARŞISINDA YARIŞDA İKİHAKİMİYYƏTLİLİKDİR
AZƏRTAC xəbər verir ki, sentyabrın 12-də Bakıda qadınlar arasında 2-ci beynəlxalq şahmat turnirinin 9-cu turunun oyunları keçiriləcəkdir. Bununla da yarışa yekun vurulacaq, qaliblər müəyyənləşəcəkdir.
Bu turda S. Milliyet (Fransa)-L. Cavaxişvili (Gürcüstan), İ. Qədimova (Azərbaycan) - V.Çmilite (Litva), M. Soçko (Polşa) -N.Umudova (Azərbaycan), P.Kramlinq (İsveç) - A. Stefanova (Bolqarıstan), F. Vəlixanlı (Azərbaycan) - K. Laxno (Ukrayna) qarşılaşacaqlar.
Səkkiz turdan sonra hərəyə 6 xal toplamış A. Stefanova və M. Soçko turnir cədvəlinə başçılıq edirlər. L. Cavaxişvili 5,5 xalla 2-ci yerdə qərarlaşmışdır.
P.Kramlinq 5, F.Vəlixanlı və K. Laxno hərəyə 4, V.Çmilite və S.Milliyet 3,5, N. Umudova 1,5, İ. Qədimova isə 1 xalla sonrakı yerləri bölüşürlər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]