BEYNƏLXALQ ŞAHMAT TURNİRİNDƏ BOLQARISTAN VƏ POLŞA İDMANÇILARI LİDERLİK EDİRLƏR
AZƏRTAC xəbər verir ki, sentyabrın 11-də Bakıda keçirilən qadınların 2-ci beynəlxalq şahmat turnirinin 8-ci turuna yekun vurulmuşdur.
Bu turda L.Cavaxişvili (Gürcüstan) İ.Qədimova (Azərbaycan), M.Soçko (Polşa) K.Laxno (Ukrayna) və S.Milliyet (Fransa) N.Umudova (Azərbaycan) üzərində qələbə qazanmışlar.
Azərbaycan şahmatçısı Firuzə Vəlixanlı turnirin lideri, bolqarıstanlı qrossmeyster Antuaneta Stefanova ilə heç-heçə oynamışdır. V.Çmilite (Litva)-P.Kramlinq (İsveç) görüşündə də rəqiblər “sülh” bağlamışlar.
Səkkiz turdan sonra A.Stefanova və M.Soçko 6 xalla turnir cədvəlinə başçılıq edirlər. Üçüncü yerdə gedən L.Cavaxişvili 5,5 xal toplamışdır.
Turnirin qalibi sentyabrın 12-də keçiriləcək son turda müəyyənləşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [18:37]
Azərbaycan cüdo üzrə dünya çempionatında növbəti medalını qazanıb VİDEO
- 06.10.2026 [18:29]
Gəncədə ilk dəfə voleybol festivalı keçiriləcək
- 06.10.2026 [18:09]
Azərbaycanın U-20 yığması yoldaşlıq matçında Yaponiyanı məğlub edib
- 06.10.2026 [15:14]
“Mercedes” pilotu növbəti yarışına sonuncu sıradan başlaya bilər
- 06.10.2026 [14:44]
Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal görüşünə çıxacaq VİDEO
- 06.10.2026 [14:20]
Hidayət Heydərov dünya çempionatında mübarizəni dayandırıb
- 06.10.2026 [13:20]