Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bəzən uğurlarımızın miqyası “başqa səbəblərə görə” məzmunlu ifadələrin arxasında “gizlənir”

Bəzən uğurlarımızın miqyası “başqa səbəblərə görə” məzmunlu ifadələrin arxasında “gizlənir”

Bakı, 17 yanvar, AZƏRTAC

Beynəlxalq münasibətlərin böyük aktorları geosiyasi və geoiqtisadi rəqabətin indiyədək görünməmiş ən ziddiyyətli dövrünü yaşayır. Zaman-zaman bu rəqabət açıq düşmənçilik səviyyəsinə keçir, bəzi liderlərin siyasi leksikonunda bir-birini aşağılayan, təhqiramiz ifadələr tədricən adi hala çevrilir. Bir sözlə, böyük güclər İkinci Dünya müharibəsindən 78 il sonra bütün qırmızı xətləri yenidən aşmaq üzrədirlər. Müşahidə etdiyimiz geosiyasi reallıqlardan biri də budur ki, beynəlxalq hüquqa edilən təhdidlər sərhəd tanımır. Təəssüf ki, böyük aktorlardan bəziləri hansısa mifik maraqlarının təmin olunması naminə nəinki siyasi güc amilindən istifadəni məqbul hesab edir, artıq hərbi gücün tətbiqindən də çəkinmir. Dünya nizamının təhlükəsizliyini ciddi sual altına alan təmayüllərdən biri də ikili yanaşma siyasətinin geniş yayılmasıdır. Beləliklə, seçmə üsulu ilə selektiv yanaşma təcrübəsi də dünya nizamı üçün ciddi təhlükə mənbəyinə çevrilməkdədir. Real mənzərə ondan ibarətdir ki, geosiyasi və geoiqtisadi maraqlarını təmin etmək adı altında beynəlxalq hüququ heçə sayanlardan bir qrupu hərbi gücdən istifadəni yeganə yol hesab edir, buna qarşı hüquq müstəvisində ədalətli və sistemli müqaviməti təşkil etməli olan digər tərəf isə selektiv yanaşma kimi ziyanlı təcrübəni yayan ünvana çevrilir. Əslində isə mövcud vəziyyətə görə məsuliyyət geosiyasi qarşıdurmada iştirak edən bütün tərəflərin üzərinə düşür. Hansına az, hansına çox, bu, daha geniş müzakirənin predmetidir...

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Ülvi Quliyev söyləyib.

Deputat qeyd edib ki, Prezident İlham Əliyev dünya nizamını çalxalayan bu təhlükəli tendensiyaları nəzərə alaraq, dönə-dönə vurğulayır ki, ölkənin iqtisadi müstəqilliyi təmin olunmadan, onun siyasi müstəqilliyini qorumaq çətindir. Güclü və dayanıqlı iqtisadiyyatı qurmadan, nə inkişafdan, nə sosial sabitlikdən, nə də digər mürəkkəb vəzifələrin uğurlu həllindən, o cümlədən Qarabağın və Şərqi Zəngəzurun yalnız daxili imkanlar hesabına yenidən qurulub dirçəldilməsindən söz açmaq sadəlövhlük olardı. Azərbaycan Prezidenti yanvarın 10-da yerli televiziya kanallarına verdiyi müsahibədə digər statistik göstəricilərlə yanaşı, bu iqtisadi rəqəmləri də səsləndirdi: “Biz müharibədən sonra heç kimdən yardım almamışıq... Ona görə iqtisadi müstəqillik mütləq güclənməlidir və keçən il bizim ümumi daxili məhsulumuz rekord həddə çatıb. Son dəqiqləşdirilmiş məlumata görə 134 milyard manata çatıb. Bu da təxminən 80 milyard dollara bərabər olan rəqəmdir... Əgər keçən ilin əvvəlində xarici borcumuz ümumi daxili məhsulun 17 faizini təşkil edirdisə, keçən ilin yekunlarına görə bu, 9,5 faizə düşüb. Yəni, müqayisə üçün deyə bilərəm ki, bir çox inkişaf etmiş ölkələrdə bu, 100 faiz, hətta 130-150 faizdir”.

Bildirilib ki, güclü iqtisadiyyat həm də güclü ordu quruculuğu üçün geniş imkanlar deməkdir. Əgər Ulu Öndər Heydər Əliyev 1994-cü ilin sentyabrında bütün maneələri dəf edərək Bakı-Tbilisi-Ceyhan neft kəməri ilə bağlı XX əsrin ən böyük Neft Kontraktının imzalanmasına nail olmasaydı, Prezident İlham Əliyev isə həmin iqtisadi inkişaf konsepsiyasını Cənub Qaz Dəhlizi kimi yeni qlobal səviyyədə təsdiqləməsəydi, bu illər ərzində ölkəmizdə müasir tranzit-logistika infrastrukturu yaradılmasaydı, indi fəxr etdiyimiz Ordumuzdan da söz aça bilməzdik. Nəticədə isə BMT Təhlükəsizlik Şurasının Azərbaycanla bağlı olan məlum dörd qətnaməsi 27 ildən sonra da hələ neçə onilliklər ərzində kağız üzərində qalacaqdı, bunu bir Allah bilir. Sözsüz ki, iqtisadi uğurlar, ən başlıcası, müstəqil iqtisadi siyasət Azərbaycanı dünya dövlətləri üçün cəlbedici ünvana çevirir. Lakin səbəb təkcə bu deyil. Güclü iqtisadiyyatın şərtləndirdiyi müstəqil xarici siyasət öz növbəsində imkan verdi ki, Azərbaycan beynəlxalq münasibətlərin müstəqil və nüfuzlu subyektlərindən birinə çevrilsin. Ölkəmizin müstəqil siyasi xəttini bütün dövrlərdə qoruya bilmiş Prezident İlham Əliyev, elə bu səbəbdən, Azərbaycanın haqq səsini istənilən beynəlxalq kürsüdən dünya birliyinin diqqətinə qətiyyətlə çatdıra bilir. Azərbaycan Prezidentinin ötən ilin noyabrında Ərəb Dövlətləri Liqasının Əlcəzairdə keçirilən 31-ci Zirvə toplantısında verdiyi bu mesajı da müstəqil xarici siyasətin çoxsaylı nümunələrindən yalnız biridir: “Bu, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır... Bütün münaqişələrə eyni mövqedən yanaşmaq lazımdır. Münaqişələrə yanaşmalarda ikili standart olmamalıdır”. Söhbət Ukraynadakı separatçılığa qarşı göstərilən ədalətli beynəlxalq yanaşmanın eyni mahiyyətli digər münaqişələrə münasibətdə sərgilənməməsindən gedir. Əgər ərazi bütövlüyünün və suveren hüquqların pozulması bir coğrafiyada haqlı olaraq cinayət sayılırsa, başqa ölkələrə də eyni münasibət olmalıdır. Erməni təbliğatına aldanaraq, coğrafiyaları fərqləndirmək yolunu seçən və bununla da selektiv yanaşmanı təşviq edənlər unutmamalıdırlar ki, mülki insanlarımızın Laçın yolunda keçirdikləri aksiya həm də suveren hüquqlarımıza edilən hörmətsizliyə dinc etirazdır. Bunu “humanitar blokada” kimi qələmə verənlər ya həmin ərazidən gündəlik keçən onlarla avtomobili görmürlər, ya da məqsədli şəkildə ayrı-seçkiliklə məşğul olur, selektiv yanaşma kimi ziyanlı dünya təcrübəsinə öz “töhfələrini” verirlər...

Beynəlxalq tərəfdaşlar ötən illər ərzində ölkəmizin de-yure olduğu kimi, de-fakto da müstəqilliyinə və etibarlı tərəfdaş mövqeyinə əmin olduqları üçün, Azərbaycan artıq üçüncü ildir ki, 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına sədrlik edir. Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın dəvəti ilə yanvarın 15-də Birləşmiş Ərəb Əmirliklərinə işgüzar səfəri çərçivəsində Əbu-Dabi Dayanıqlılıq Həftəsinin rəsmi açılış mərasimində iştirakı ölkəmizin artan beynəlxalq nüfuzunun göstəricisidir. Azərbaycan Prezidenti dünyanın 150 ölkəsindən 30 minədək nümayəndənin iştirak etdiyi bu mötəbər tədbirdəki çıxışında “Masdar” şirkəti ilə Azərbaycan Dövlət Neft Şirkəti arasında 4 qiqavatlıq külək və günəş enerjisi stansiyalarının yaradılması ilə bağlı bir gün əvvəl imzalanmış razılaşmanın əhəmiyyətini yüksək qiymətləndirərək, beynəlxalq auditoriyaya həm də bu mesajı verdi: “Təbii qaz ixracımız artır - ötən il 19 milyard kubmetr idisə, bu il 24 milyard kubmetrə çatacaq. O, artmaqda davam edəcək. Buna görə mən bir daha söyləmək istərdim ki, Azərbaycanın bərpaolunan enerji mərkəzlərindən birinə çevrilməsi planlarımız Azərbaycanın öz enerji təhlükəsizliyi ilə bağlı deyil, belə ki, biz həmin işləri artıq söylədiyim başqa səbəblərə görə aparırıq”.

“Azərbaycan Prezidentinin işlətdiyi “başqa səbəblərə görə” ifadəsinin arxasında iqtisadiyyatımızın yeni ekoloji təmiz sektorunun yaradılması təşəbbüsü ilə yanaşı, yəqin ki, bundan daha çox Avropa Komissiyası Prezidentinin şahidliyi ilə ötən dövrdə imzalanmış sazişlərin hədəflədiyi məqsədlər dayanır. Bu gerçəklik isə, ölkəmizin Avropa üçün əhəmiyyətli dərəcədə artmış rolundan irəli gəlir. Həmin gerçəkliyin arxasında Rusiya-Ukrayna müharibəsindən və COVID-19 pandemiyasından hələ çox illər əvvəl Prezident İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilmiş TAP və TANAP, nəhayət, Cənub Qaz Dəhlizi kimi qlobal layihələr dayanır. Bu həm də o deməkdir ki, gördüyümüz nailiyyətlərlə yanaşı, bəzən ölkəmizin ayrı-ayrı uğurlarının miqyası Azərbaycan Prezidentinin çıxışında səsləndirdiyi “başqa səbəblərə görə” məzmunlu ifadələrin arxasında “gizlənir”. Bugünkü Azərbaycanın beynəlxalq arenada oynadığı rolun həqiqi əhəmiyyətini bilmək üçün, bu gerçəkliyi də bilib dəyərləndirmək gərəkdir”, - deyə deputat fikirlərini yekunlaşdırıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“ADEX 2026”: Azərbaycanın hərbi sənaye potensialının dünyaya təqdimatı – ŞƏRH

Elmir Babayev: Gənc alimin elmi profili mütəmadi yenilənməli, tədqiqat maraqları aydın təqdim olunmalıdır

Hərbi qulluqçuların pensiya təminatı mexanizmi təkmilləşdirilir

“Aspides” missiyası Qırmızı dənizdə 260 gəminin mühafizə və müşayiət tələb etdiyini açıqlayıb

Daniyar Sadvakasov: Xoca Əhməd Yəsəvinin təlimi türk dilinin qorunmasında mühüm rol oynayıb

Bal arısının mikrosporidial xəstəliyinə qarşı bitki ekstraktlarının təsiri araşdırılacaq

Səkkiz ayda Orta Dəhlizlə yükdaşımalar 22 faiz artıb

Azərbaycanın müdafiə sənayesində nailiyyətləri hərbi-texniki potensialı gücləndirir – ŞƏRH

İnvestisiya təşviqi mexanizmi artıq 17 strateji istiqaməti əhatə edir

Aqrar Sığorta Fondu: Mal-qaranın sığortalanması fermerləri gözlənilməz maliyyə itkilərindən qoruyur

BDU-nun şəhid məzunu Manaf Bəhmənlinin məzarı ziyarət olunub

Azərbaycan və BƏƏ arasında hərbi-texniki sahədə əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Somalidə girov götürülmüş 8 misirli dənizçi azad edilib

Azərbaycanın və Gürcüstanın Ali məhkəmələri arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Qazaxıstan ali təhsildə təcrübə mübadiləsini genişləndirir

Dövlət Qulluğu ilə bağlı yeni qanun layihəsi birinci oxunuşda təsdiqlənib

İlk IELTS cəhdində istədiyi nəticəni ala bilmədi, ikinci cəhddə 7.0 topladı - Dövlət Proqramının qalibi

Yaponiyalı tanınmış cüdo mütəxəssisi Bakıda ustad dərsləri keçir

Mərakeş Kralı ölkənin ilk qadın Baş nazirini təyin edib

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Torpaq sürüşməsinə görə bağlanan Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olunub VİDEO

Bakı və Abşeronda fəaliyyət göstərən təsərrüfat subyektlərində aksizli malların dövriyyəsi ilə bağlı nöqsanlar aşkarlanıb

ARKA-da dövlət dəstəyi ilə istehsal ediləcək film layihələrinin pitçinqinin birinci mərhələsi reallaşıb

Türkiyənin 124 universiteti dünya reytinq sıralamasında yer alıb

“Kopernik” agentliyi: Arktikada sürətli iqlim dəyişmələri baş verir

Azərbaycanlı hakim-inspektor Millətlər Liqasının oyununa təyinat alıb

AYİB-in istiqrazları üzrə son kupon və nominal ödənişlər həyata keçiriləcək

Satınalmalarla bağlı yeni qayda tətbiq ediləcək

Azərbaycanın patronaj modeli beynəlxalq konqresdə I yerə layiq görülüb

Prezident İlham Əliyev Birləşmiş Krallığın müdafiə üzrə dövlət nazirini qəbul edib VİDEO

Nəqliyyat dəhlizlərinin inteqrasiyası regional logistikanın səmərəliliyini artıracaq - ŞƏRH

Elmir Babayev: Tədqiqatçı əvvəlcə layihəsi üçün hansı dəstəyə ehtiyac olduğunu müəyyənləşdirməlidir

® Ödənişsiz “Süni İntellekt Əsaslı Təhsil Proqramı”na qeydiyyat başlayır

Mingəçevir Sənaye Parkında “Tekstil Klasteri” layihəsi həyata keçiriləcək

Azərbaycanlı alim Çində beynəlxalq forumda Konfutsinin pedaqoji düşüncələrindən danışıb

® Azərbaycanda heyvandarlıq genetikası və reproduktiv biotexnologiya üzrə regional mərkəz yaradılacaq

“Fənərbağça”nın ulduzu “Turan Tovuz”la oyunda meydana çıxa biləcək

Baş direktor: STM şirkəti qardaş Azərbaycana texnoloji transferə hazırdır

Dünya çempionu olan millinin baş məşqçisi: Azərbaycan çimərlik güləşində iddialı ölkələrdən biridir

Azərbaycan və Çin 1 milyard dollarlıq Birgə İnvestisiya Fondu yaradır

Britaniya təşkilatı: Hörmüz boğazında neft tankeri vurulub

Sabahdan Azərbaycanda elektron pulköçürmələr ilə bağlı yeni qaydalar qüvvəyə minir

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

Şəhid kimi məruzə edildi, yenidən döyüşə qayıtdı – xüsusi təyinatlı gizir Murad Xudiyevin döyüş yolu VİDEO

RF baş konsulluğu “Flydubai” təyyarəsinin göyərtəsində rus pilotun olması xəbərlərini təkzib edib

Rusiyanın iki hava limanında uçuş məhdudiyyətləri aradan qaldırılıb

ADAU “UI GreenMetric 2026” reytinqində mövqeyini yaxşılaşdırıb

“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixrac gəlirləri 2 dəfədən çox artıb

Azərbaycanda dayanıqlı turizmin inkişafı üçün yeni elmi-tədqiqat layihəsi icra olunur

Sentyabrın 30-u Beynəlxalq Tərcüməçilər Günüdür

Bu ilin 9 ayında Gürcüstandan 3 mindən çox əcnəbi deportasiya olunub

Olimpiada iştirakçıları biologiya üzrə seçim imtahanında biliklərini sınayacaqlar

İspaniya təbii qaz qiymətində artımları məhdudlaşdırıb

Naxçıvanda “RehaBus” layihəsi üzrə əlilliyi olan 216 şəxsə xidmət göstərilib

BDU-da elmi-tədqiqat layihələri üzrə müsabiqə elan olunur

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Oğuzda narkotiklərin dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıblar VİDEO

Fransalı pilot “Haas” komandasından ayrılacağını açıqlayıb

ATU ilk dəfə Dünya Universitetləri Reytinqində yer alıb

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Xocavənd şəhərində daha 16 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Azərbaycanlı mühəndis və texniklər tərəfindən hazırlanmış "KASIRGA" dolanan sursatı ilk dəfə ictimaiyyətə təqdim olunur VİDEO

Yunanıstanda 4 bal gücündə zəlzələ olub

Qeyri-neft sektoruna qoyulan investisiyalar daha geniş inklüzivlik yarada bilər - ŞƏRH

Rumıniya sərhədi yaxınlığında hava hədəfi aşkarlanıb, iki F-18 qırıcısı havaya qaldırılıb

Bərdədə baş vermiş ölüm faktı ilə bağlı cinayət işi başlanıb

Azərbaycan Alpinizm Federasiyasına yeni prezident seçilib

Böyük Qayıdış: Daha 19 ailə Xocalı və Ağdərəyə qayıdıb

TƏBİB: Həkim qəbuluna onlayn növbənin əldə edilməsi üçün ödəniş tələb olunmur

ABŞ 1 sentlik sikkənin istehsalını dayandırır

“flydubai” uçuş zamanı təyyarədə insident baş verdiyini təsdiqləyib

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Xaçmazda məktəblini avtomobil vurub VİDEO

Trans-Xəzər boru kəməri layihəsi yenidən aktuallaşır

Baş Prokurorluq: 11 nəfərin zəhərlənməsi ilə bağlı araşdırma aparılır – YENİLƏNİB 2

Xatirə Hüseynova: “X nəslinə uzun mətn, Z nəslinə 30 saniyəlik video” yanaşması stereotipə çevrilir – ŞƏRH

Azərbaycan enerji ixracatçısından çoxfunksiyalı bağlantı mərkəzinə çevrilir - ŞƏRH

Professor: Arxeoloji tədqiqatlarda əsas meyar faktlardır

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

Qarabağda yeniyetmə və gənclərin avarçəkməyə marağı təlimlərlə artırılacaq VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

NİİM avtobus zolaqlarına daxil olan sürücülərə müraciət edib VİDEO

Hidayət Cəfərov: Ömrümün 56 ilini Qarabağın qədim abidələrinin öyrənilməsinə həsr etmişəm

Slovakiya ilə məxfi məlumatın mübadiləsi və qarşılıqlı mühafizəsi həyata keçiriləcək

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

"Birliyin Gücü – 2026” təlimində növbəti mərhələnin tapşırıqları uğurla yerinə yetirilib VİDEO

Neft qiymətləri sentyabrı artımla tamamlamağa hazırlaşır

Monqolustanla hava əlaqəsi haqqında Saziş təsdiq edilib

Sabah bəzi yerlərdə yağış yağacaq

Şükürbəyli kəndində daha 9 ailəyə evlərinin açarları təqdim olunub YENİLƏNİB

Prezident İlham Əliyev “ADEX 2026” və “Securex Caspian” sərgiləri ilə tanış olub YENİLƏNƏCƏK VİDEO

Parlament cinayət işləri üzrə qarşılıqlı hüquqi yardım haqqında İkinci Əlavə Protokolu təsdiqləyib

Formula 1 Azərbaycan Qran-Prisini 300-ə yaxın media nümayəndəsi işıqlandırıb

Milli Məclis Azərbaycan və İordaniya arasında imzalanan viza tələbindən azad edilmə barədə sazişi təsdiqləyib

Ekspert: Müəllim üçün süni intellekt köməkçisinin yaradılması tədrisə mühüm dəstək verə bilər

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

İki dövlət – bir səhnə, qardaş nəğmələri: İstanbulda Azərbaycan gecəsi VİDEO

Fransanın məşhur klubu 1 avroya satılıb

Vergi Məcəlləsində startaplarla bağlı bəzi güzəştlər tətbiq olunacaq

Qızılın qiyməti sentyabrı itki ilə tamamlayır

Gövhər Baxşəliyeva: Hidayət Cəfərov öz təcrübəsini yeni nəsillərə ötürür

Rusiya “ADEX-2026” sərgisində 730 adda hərbi təyinatlı məhsul təqdim edir

Bakıda Xoca Əhməd Yəsəvinin irsinə həsr olunmuş beynəlxalq sərgi - “Mavi günbəzin sirri”

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

AQTA: 22 heyvan bazarı yenidən qurularaq istifadəyə verilib VİDEO

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Cəfərabad türbəsi

Şahmar Mövsümov: Qanun layihəsinin yenidən baxılmaq üçün Milli Məclisə qaytarılması onun müddəalarının təkmilləşdirilməsinə imkan yaradıb

Kərim Şükürov: Azərbaycan arxeologiyası yalnız regional deyil, dünya miqyasında da mühüm yer tutur

Çində robotlar arasında basketbol yarışı keçiriləcək

Bakı Ali Neft Məktəbinin tələbələri “TEXNOFEST” festivalında yeni uğurlar qazanmaq niyyətindədirlər