Bəzi aviaşirkətlər Livana uçuşları dayandırıb
Bakı, 29 iyul, AZƏRTAC
Bir sıra xarici aviaşirkətlər İsrail Hərbi Hava Qüvvələrinin hücumları qorxusu ilə Beyrutun beynəlxalq hava limanına uçuşları dayandırıb.
AZƏRTAC xəbər verir ki, bu barədə “Əl Jadeed ” telekanalına Livanın xarici işlər naziri vəzifəsini icra edən Abdullah Həbib məlumat verib.
Bundan əvvəl Livanın milli aviaşirkəti “Middle East Airlines” iyulun 28-i axşamdan 29-u səhərədək Avropa və Yaxın Şərqdən Beyruta gecə reyslərini təxirə saldığını bildirib. Livanın aviadaşıyıcısı saytında təxirə salınmanın səbəblərini açıqlamayıb. Şirkətin bildirişində bildirilir ki, London, Kopenhagen, Dammam, Ciddə, Doha və Dubaydan reyslərdə sərnişinlərə bronlarını bir dəfə pulsuz olaraq dəyişməyə icazə verilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.10.2026 [15:12]
“Porsche” 500 min avroluq yeni modelini təqdim etməyə hazırlaşır
- 16.10.2026 [15:12]
İraq Yaxın Şərqdə müharibə səbəbindən 60 milyard dollar itirib
- 16.10.2026 [14:28]
Birləşmiş Ştatların gündəlik neft hasilatı azalır
- 16.10.2026 [14:27]
ABŞ-nin neft ehtiyatları azalıb
- 16.10.2026 [13:43]