“Bilim Maarif” atelyesi: Türkiyə-Azərbaycan elmi əməkdaşlığında yeni addım

Bakı, 14 may, AZƏRTAC
Türkiyə Maarif Vəqfi və “TEKNOFEST”in təşkilatçısı olan “T3 Vəqfi” arasında imzalanan protokol çərçivəsində Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin “Gənclik” kampusunda “Bilim Maarif” adlı elmi-tədris atelyesi fəaliyyət göstərir. Bu atelye xüsusilə uşaqların texnologiya, robototexnika və rəqəmsallaşma sahəsində bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş, nadir rast gəlinən, lakin olduqca əhəmiyyətli bir təşəbbüsdür.
AZƏRTAC xəbər verir ki, bunu jurnalistlərə müsahibəsində Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün deyib.
Səfir bildirib ki, bu atelyedən həm Türkiyə Maarif Vəqfinin məktəblərində təhsil alan şagirdlər dərs çərçivəsində sinif otağı kimi istifadə edə bilərlər, həm də Bakının müxtəlif məktəblərində oxuyan istedadlı şagirdlər texnologiya və robototexnika sahəsində bacarıqlarını inkişaf etdirmək üçün buradakı imkanlardan faydalana bilərlər.
Birol Akgün vurğulayıb ki, Türkiyə ilə Azərbaycan arasında elm, təhsil və mədəniyyət sahəsində qurulan bu cür əməkdaşlıqlar ortaq gələcəyin formalaşması və yeni nəsillərin sağlam yetişməsi baxımından mühüm əhəmiyyət daşıyır:
“Biz yalnız siyasi deyil, elmi və təhsil sahələrində də əməkdaşlığın gücləndirilməsini və Türkiyə ilə Azərbaycanın birgə daha güclü gələcəyə doğru irəliləməsini dəstəkləyirik. Səfirlik olaraq bu istiqamətdə bütün elmi təşəbbüslərə və Türkiyə qurumlarına dəstəyimizi davam etdirəcəyik”, – deyə o vurğulayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 18.06.2025 [21:48]
İyunun 1-də keçirilən qəbul imtahanının nəticəsi elan olunub
- 18.06.2025 [18:28]
Bu il 285 müəllifin əsəri Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan keçirilib
- 18.06.2025 [18:23]
Müəllimlərin sertifikatlaşdırılması: Test imtahanı necə təşkil olunub? VİDEO
- 18.06.2025 [17:50]
ADMİU-da milli mətbuatın 150 illiyinə həsr olunmuş tədbir keçirilib
- 18.06.2025 [17:27]
Azərbaycan İdman Akademiyası ilk dəfə beynəlxalq reytinq cədvəlində yer alıb
- 18.06.2025 [17:22]