Binəqədi rayonunda avtomobilin aşması nəticəsində bir nəfər həlak olub
Bakı, 12 mart, AZƏRTAC
Binəqədi rayonunda avtomobilin aşması nəticəsində bir nəfər həlak olub.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, 1992-ci il təvəllüdlü Zaur Əlizadə idarə etdiyi “BMW” markalı avtomobili Bakı-Sumqayıt şosesində körpünün üzərindən aşırıb. Qəza nəticəsində sürücü Z.Əlizadə, sərnişin 26 yaşlı Emin Əliyev ağır xəsarətlər alıblar. Digər sərnişin Şahin Məmmədov hadisə yerində ölüb.
Nazirliyin hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri müxtəlif xəsarətlər alaraq sıxılmış vəziyyətdə qalan bir nəfəri və 1994-cü il təvəllüdlü Mədətov Şahin Gülverdi oğlunun meyitini deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxararaq aidiyyəti üzrə təhvil veriblər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]