Binəqədi rayonunda oğurluqla məşğul olan şəxslər yaxalanıblar
Bakı, 11 sentyabr, AZƏRTAC
Paytaxtın Binəqədi rayonunda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 9-da Binəqədi rayonu ərazisindəki evlərin birindən 4750 manat məbləğində pul, mobil telefon və 20 metr uzunluğunda elektrik naqili oğurlamaqda şübhəli bilinən ev sahibinin oğlu rayon polis idarəsinin 40-cı polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə sentyabrın 1-də rayon ərazisində Bakı şəhər sakini M.Akubayevanın çantasından içərisində 780 manat məbləğində pul və şəxsiyyət vəsiqəsi olan pulqabısını oğurlamaqda şübhəli bilinən Tovuz rayon sakini, əvvəllər məhkum olunmuş T.Şükürov tutulub.
Faktlarla bağlı təhqiqat aparılır.