DÜNYA
Bir sıra Avropa ölkələri Makronun açıqlamalarından hiddətlənib
Kiyev, 13 dekabr, AZƏRTAC
Baltikyanı və digər Avropa ölkələri Fransa Prezidenti Emmanuel Makronun Rusiya üçün təhlükəsizlik zəmanətləri ilə bağlı açıqlamalarından hiddətlənib. Onlar öz fikir ayrılıqlarını rəsmən bəyan edib və Fransaya mövqelərini izah ediblər.
AZƏRTAC Ukrayna KİV-nə istinadla xəbər verir ki, Çexiya, eləcə də Latviya, Litva, Polşa, Slovakiya və Estoniya nümayəndələri Fransa Xarici İşlər Nazirliyinə yazılı müraciət təqdim ediblər.
Bildirilir ki, ötən həftə sənəd layihəsi Çexiyanın nümayəndələri tərəfindən Aİ-nin digər ölkələrinin paytaxtlarına təhvil verilib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı müharibənin danışıqlar masası arxasında bitməsinin, eyni zamanda, Rusiyaya təhlükəsizlik zəmanətinin verilməsinin vacibliyini bildirib.\
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev