Birinci rübdə Energetika Nazirliyi tərəfindən 34 icazə verilib
Bakı, 4 aprel, AZƏRTAC
Cari ilin ilk rübündə Energetika Nazirliyi tərəfindən ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, idxalı və tranziti üzrə 34 icazə verilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, bu icazələrdən 25-i ixrac nəzarətinə düşən malların idxalı, biri ixrac nəzarətinə düşən malların ixracı, 8-i isə ixrac nəzarətinə düşən malların tranziti ilə bağlı olub.
Rüb ərzində verilmiş icazələrin 32-si 5 saylı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.
Energetika Nazirliyi tərəfindən hazırda 3 növ icazənin “ASAN xidmət” mərkəzi vasitəsilə verilməsi həyata keçirilir. Buraya ixrac nəzarətinə düşən malların (işlərin, xidmətlərin, əqli fəaliyyətin nəticələrinin) ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.08.2023 [10:52]
“Azərişıq”: Kəlbəcər Rəqəmsal İdarəetmə Mərkəzinin tikintisi davam edir
- 21.08.2023 [12:12]
Macarıstan gələn il Türkiyədən qaz tədarükünə başlayacaq
- 15.08.2023 [11:56]
Azərbaycanda elektrik enerjisi istehsalı artıb
- 09.08.2023 [10:32]
Mingəçevirdə müstəqillik dövrünün ən böyük elektrik stansiyası tikilir
- 03.08.2023 [12:45]
“Azərişıq” ASC Hacıqabulda yenidənqurma işlərini davam etdirir
- 31.07.2023 [14:16]
Azərişıq” ASC Kəlbəcərdə yenidənqurma işlərini davam etdirir
- 29.07.2023 [14:19]