Birinci rübdə Energetika Nazirliyi tərəfindən 40 icazə verilib
Bakı, 11 aprel, AZƏRTAC
Cari ilin 1-ci rübü ərzində Energetika Nazirliyi tərəfindən 40 icazə verilib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, “İxrac nəzarətinə düşən mallar (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) üzrə xüsusi icazənin verilməsi” Qaydalarına uyğun olaraq, ixrac nəzarətinə düşən malların idxalı üzrə 24, ixracı üzrə 5 və tranziti üzrə 9 icazə verilib.
Rüb ərzində, həmçinin mülki dövriyyəsi məhdudlaşdırılmış əşyaların dövriyyəsi üzrə 2 icazə verilib.
Bu dövrdə bütün icazələrin verilməsi 7 saylı Bakı "ASAN xidmət" mərkəzi vasitəsilə həyata keçirilib.