BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİ QIZIL AYPARA CƏMİYYƏTİNİN RƏSMİLƏRİ BAKIYA GƏLƏCƏKLƏR
Azərbaycanın Abu-Dabidəki səfirliyindən AZƏRTAC-a daxil olmuş məlumatda bildirilir ki, fevralın 19-da Birləşmiş Ərəb Əmirliklərinin Qızıl Aypara Cəmiyyətinin ianə layəhələri üzrə baş katibinin müavini Saleh Məhəmməd Əl Mulla və həmin layihə üzrə əlaqələndirici İsmayıl Əl Əkbəri qaçqın və məcburi köçkünlərə humanitar yardım göstərilməsi məqsədi ilə ölkəmizə səfərə gələcəklər. Onlar özləri ilə gətirdikləri ərzaq və qeyri-ərzaq məhsullarını qaçqın və məcburi köçkünlərə paylayacaq, humanitar köməyin həcmini artırmaq üçün respublikanın müvafiq qurumlarının rəhbərləri ilə danışıqlar aparacaqlar.