BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN İLK VƏ ƏVƏZSİZ PREZİDENTİ VƏFAT ETMİŞDİR
İndi dövlət başçısı vəzifəsini BƏƏ-nin vitse-prezidenti, Baş nazir, Dibay əmiri Məktum bin Rəşid Al Məktum yerinə yetirəcəkdir. 30 gün ərzində Ali Federasiya Şurası çağırılacaq və növbəti 5 il üçün prezident seçiləcəkdir.
Şeyx Zaidin hakimiyyəti illərində BƏƏ quldarlığın istisna olunmadığı qəbilə quruluşundan yüksək səviyyədə inkişaf etmiş bazar iqtisadiyyatına malik dövlətədək böyük yol keçmişdir. Gündə, demək olar, 2,5 milyon barrel neft çıxaran və müasir texnologiyalardan səmərəli istifadə edən ölkənin əhalisinin yaşayış səviyyəsi dünyada ən yüksəklərdən biri sayılır.
1958-ci ildə Abu-Dabi əmirliyində neft yataqları, - hesablamalara görə, onların ehtiyatları təqribən 100 milyard barreldir, - aşkara çıxarıldıqdan sonra şeyx Zaid Fars körfəzinin qərb sahilində yerləşən ərəb əmirliklərini birləşdirməyə müvəffəq olmuşdur. 1971-ci il dekabrın 2-də Birləşmiş Ərəb Əmirlikləri dövlətinin yaradıldığı elan edilmişdir. Onun tərkibinə Abu-Dabi ilə yanaşı, Dubay, Şarcə, Umm-əl-Qayveyn, Əcman və Füceyra əmirlikləri də daxildir. 1972-ci ildə Rəs-əl-Xeymə əmirliyi də onlara qoşulmuşdur. 1971-ci ilədək əmirliklər Böyük Britaniyanın qəyyumluğunda idi və Müqaviləli Oman adlanırdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 05.10.2026 [16:31]
Fransada müəllimlər etiraz edən şagirdlərin tələblərini haqlı sayır
- 05.10.2026 [16:14]
Qazaxıstanda cinayətlərin sayı azalıb
- 05.10.2026 [16:07]
Şotlandiyada şəxsi ada 350 min funt-sterlinqə satışa çıxarılıb
- 05.10.2026 [15:51]
Londonun mərkəzində genişmiqyaslı elektrik kəsintisi baş verib
- 05.10.2026 [15:32]
Norveçdə süni intellekt eynəklərinin istifadəsinə müvəqqəti qadağa qoyulur
- 05.10.2026 [15:16]
Moldova 2030-cu ildə Aİ-yə üzv olmaq niyyətindədir
- 05.10.2026 [15:06]