Birləşmiş Ştatların builki neft istehsalı sutkada 11,1 milyon barrel olacaq
Bakı, 10 mart, AZƏRTAC
ABŞ-ın 2021-ci il üzrə gündəlik xam neft hasilatına dair proqnoz artırılıb.
AZƏRTAC ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatına istinadla xəbər verir ki, cari ildə Birləşmiş Ştatların neft istehsalının sutkada 11,1 milyon barrel olacağı nəzərdə tutulur. Əvvəlki proqnoz 11 milyon barrel idi.
2022-ci ildə isə Birləşmiş Ştatların sutkalıq neft hasilatının 12 milyon barrelə yüksələcəyi gözlənilir. Ötənaykı proqnoz 11,5 milyon barrel idi.
Qeyd edək ki, keçən il ABŞ-da gündəlik neft hasilatı 11 milyon 290 min barrel təşkil edib.
ABŞ 2018-ci ilin noyabrında Səudiyyə Ərəbistanı və Rusiyanı geridə qoyaraq dünyanın ən böyük xam neft istehsalçısı olub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [22:16]
ABŞ rəsmiləri və İran nümayəndə heyəti arasında görüş olub
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]