Birləşmiş Ştatların neft ehtiyatları 493 milyon barrelə çatır
Bakı, 8 oktyabr, AZƏRTAC
ABŞ-ın xam neft ehtiyatları artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında deyilir. Bildirilir ki, ötən hesabat həftəsində ölkədəki neft ehtiyatları 500 min barrel (0,1 faiz) artaraq 492,9 milyon barrel olub. Lakin bu göstərici aprel ayından bəri ən aşağı səviyyədir. Bazar proqnozları ehtiyatların 400 min barrel artacağı istiqamətində idi. Əvvəlki həftə neft ehtiyatları 2 milyon barrel azalmışdı.
ABŞ-ın strateji neft ehtiyatları isə 1,2 milyon barrel azalaraq 642 milyon barrel olub.
Ölkənin benzin ehtiyatları isə hesabat həftəsində 1,4 milyon barrel (0,6 faiz) azalaraq 226,7 milyon barrel təşkil edib. Bazar proqnozları da ehtiyatların geriləyəcəyi istiqamətində idi. Benzin ehtiyatları əvvəlki həftə 700 min barrel artmışdı.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.09.2026 [20:15]
Rəcəb Tayyib Ərdoğan: Türk Dövlətləri Təşkilatı ildən-ilə güclənir
- 22.09.2026 [20:14]
Türkiyə Prezidenti: BMT Təhlükəsizlik Şurasında mütləq islahat aparılmalıdır
- 22.09.2026 [19:36]
BMT-nin Baş katibi: İqlim təhlükələri realdır, lakin ümid də var
- 22.09.2026 [19:17]