Bişkek şəhər məhkəməsi Qırğızıstanın sabiq nazirlərinə kəsilən cəzanı qüvvədə saxlayıb
Bişkek, 9 mart, AZƏRTAC
Ötən ilin sonunda Bişkek şəhərinin Sverdlovsk rayon məhkəməsi ayrı-ayrı vaxtlarda Qırğızıstanın Baş nazirləri olmuş Sapar İsakovu paytaxtın İstilik Elektrik Stansiyasının modernləşdirilməsi zamanı korrupsiyaya və yeyintiyə yol verdiyinə görə ciddi rejimli həbsxanada saxlanmaqla 15 il, eyni ittihamla Jantoro Satıbaldiyevi 7 il 6 ay, bu iş üzrə daha bir neçə vəzifəli şəxsi isə müxtəlif müddətə azadlıqdan məhrum etmişdi.
Qərardan razı qalmayan Qırğızıstanın sabiq baş nazirləri Sapar İsakov, Jantoro Satıbaldiyev və digərlərinin Bişkek şəhər məhkəməsində apellyasiya şikayətinə baxılıb.
Məhkəmə Sapar İsakov və Jantoro Satıbaldiyevin hökmünü qüvvədə saxlayıb.
Sapar İsakov diplomatik rütbədən və dövlət mükafatlarından da məhrum olunub. Qərarda bildirilir ki, həbsdən sonra o, 3 il dövlət vəzifəsi tuta bilməz. Onun işi ilə əlaqəli olan Qırğızıstan Energetika Holdinqinin sədri Aybek Kaliev 15 il azadlıqdan və bütün dövlət mükafatlarından məhrum olunub və həbsdən sonra 3 il dövlət vəzifəsi tuta bilməz. “Elektrik stansiyaları” şirkətinin baş direktoru Salaydin Avazov 11 il 3 ay azadlıqdan məhrum edilib.
S.İsakov tərəfdarları ilə birgə dövlətə 111 milyon dollar zərər vurmaqda günahlandırılır.
Cəza müddəti bitdiyi üçün daha 3 nəfər məhkəmə salonundan azadlığa buraxılıb.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [20:28]
Almaniya Qırmızı dənizdə hərbi-dəniz missiyasında iştirakını davam etdirəcək
- 15.10.2026 [19:19]
Fyodor Şukin Dağıstanın rəhbəri seçilib
- 15.10.2026 [19:18]
İngiltərənin cənubunda güclü quraqlıq elan edilib
- 15.10.2026 [19:00]