Bişkekdə Türk Şurasına üzv ölkələrin qarşılıqlı əlaqələrindən danışılıb
Bişkek, 8 dekabr, AZƏRTAC
Bişkek şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası- TDƏŞ) baş katibi Ramil Həsənov ilə Qırğızıstanın Baş naziri Sapar İsakov arasında görüş olub.
AZƏRTAC Türk Şurasının katibliyinə istinadla xəbər verir ki, Türkdilli Ölkələrin Parlament Assambleyasının Şura iclası çərçivəsində keçirilən görüşdə TDƏŞ-in fəaliyyəti, üzv ölkələrlə qarşılıqlı faydalı əməkdaşlıq, təşkilatın həyata keçirdiyi layihələrin əhəmiyyəti və s. məsələlər ətrafında səmərəli fikir mübadiləsi aparılıb.
Tərəflər 2018-ci ildə Bişkekdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VI Sammitinin keçirilməsinə dair məsələləri də müzakirə ediblər.
Xatırladaq ki, TDƏŞ-in V Sammiti 2015-ci ilin sentyabrında Astana şəhərində keçirilib.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Bişkek
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.10.2026 [21:16]
Səfir Kamil Xasiyev etimadnaməsini Avstriya Prezidentinə təqdim edib
- 07.10.2026 [14:06]