Blinken: İqlim dəyişikliyi dünyada ən vacib problemlərdən biridir
Bakı, 31 iyul, AZƏRTAC
Nüvə müharibəsi təhlükəsi dünyada iqlim dəyişikliyi problemlərindən daha təhlükəli deyil.
AZƏRTAC xəbər verir ki, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken bildirib.
Onun sözlərinə görə, Vaşinqton bu riskləri ən aktual risklərdən hesab edir.
“Mənə elə gəlir ki, hansısa iyerarxiyadan danışmaq mümkün deyil. Potensial münaqişə də daxil olmaqla diqqət mərkəzində olan bəzi şeylər var. Lakin şübhəsiz ki, iqlim dəyişikliyi hamımız üçün ekzistensial problem yaradır”, - deyə A.Blinken qeyd edib.
Bununla belə, Dövlət katibi vurğulayıb ki, iqlim dəyişikliyi Birləşmiş Ştatlarda ən mühüm problemlərdən biri hesab edilsə də, digərlərinin də mövcudluğu unudula bilməz və bu, nüvə müharibəsi təhlükəsidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:50]
Fransanın keçmiş Baş nazirinə şərti həbs cəzasının verilməsi istənilib
- 29.09.2026 [13:23]
Türkiyə Nyu-Yorkda COP31-in təqdimatını keçirib
- 29.09.2026 [12:39]