Blinken: İsraillə HƏMAS arasında atəşkəs üzrə danışıqlar sona yaxınlaşıb
Vaşinqton, 20 iyul, AZƏRTAC
“İsraillə Fələstindəki HƏMAS arasında atəşkəs artıq görünmə məsafəsindədir”.
AZƏRTAC-ın məlumatına görə, bu barədə ABŞ Dövlət katibi Antoni Blinken Koloradoda keçirilən Aspen Təhlükəsizlik Forumunda deyib.
O bildirib ki, danışıqlar artıq sona yaxınlaşıb. “Həll olunmalı bəzi məsələlər hələ də qalır. Biz hazırda bununla məşğuluq”,- deyə Blinken əlavə edib.
O həmçinin qeyd edib ki, əldə olunacaq razılaşma atəşkəsə, girovların evlərinə qayıtmasına, davamlı sülh və stabilliyin qurulması üçün daha düzgün yol izləməyə səbəb olacaq.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [12:46]
İnterpol xətti ilə axtarılan 76 şəxs Türkiyəyə ekstradisiya edilib
- 23.09.2026 [12:32]
Fransızların 86 faizi övladlarının gələcəyindən narahatdır
- 23.09.2026 [12:00]
“Əl-Ərəbiyə”: Bağdad və Maskat İrandan uçuşların qəbulunu dayandırıb
- 23.09.2026 [11:55]
Fransa Rusiyanın hibrid hücumlarına qarşı hərbi gücünü artırır
- 23.09.2026 [11:48]
İran XİN: Tehran Qətər vasitəsilə Vaşinqtona öz şərtlərini çatdırıb
- 23.09.2026 [11:37]
ABŞ-nin Polşadakı yeni hərbi bazasına Donald Trampın adı veriləcək
- 23.09.2026 [11:07]