“Bloomberg”: Böyük enerji şirkətləri Qırmızı dənizlə neft tranzitini dayandırırlar
Bakı, 18 dekabr, AZƏRTAC
Böyük enerji şirkətlərinin Qırmızı dənizlə neft tranzitini dayandırmaları qiymətlərin artmasına gətirib çıxaracaq.
AZƏRTAC xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.
Ekspertlərin fikrincə, belə hadisələr ən böyük enerji nəhəngləri arasında artan narahatlığa səbəb olur.
BP-nin Qırmızı dənizdə tranzitin dayandırılması ilə bağlı açıqlamasından sonra bu qərarın şirkətin bütün tankerlərinə və tərəfdaşlarının ticarət gəmilərinə şamil ediləcəyi gözlənilir. Enerji nəhənginin nümayəndələri tranzitin bərpasının Qırmızı dənizdə vəziyyətin normallaşmasından sonra mümkün olacağını bildiriblər. Ekspertlər xəbərdarlıq edirlər ki, regionun qlobal dəniz ticarətinin 12 faizə qədərini təşkil etməsi vəziyyəti daha da ağırlaşdırır.
Beləliklə, gəmi sahibləri bundan sonra Misirin Süveyş kanalından marşrut kimi istifadə edə bilməyəcəklər. Bunun əvəzinə, əsasən Afrika qitəsindən yan keçməklə sifarişin çatdırılması üçün alternativ yollar tapmaqla, səyahət vaxtını əhəmiyyətli dərəcədə artırmalı olacaqlar. Analitiklər bildirirlər ki, bu amillər xammalın qiymətinin kəskin artmasına və qlobal enerji bazarında nəqliyyatın çökməsinə səbəb ola bilər.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 09.06.2026 [13:12]
Belçika plastik qablaşdırma tullantılarının təkrar emalında artım əldə edib
- 09.06.2026 [13:05]
Nəsli kəsildiyi düşünülən albatroslar Yaponiyada yenidən çoxalır
- 09.06.2026 [12:52]
Fransa AASM bombalarının istehsalını 6 dəfə artırır
- 09.06.2026 [12:42]
Çin XİN: Yaxın Şərqdə problemlərin həlli hərbi yolla mümkün deyil
- 09.06.2026 [12:41]
Polşa və Almaniya gəncləri qatarlarda ödənişsiz səyahət edə biləcəklər
- 09.06.2026 [12:35]
Qətərə aid sayca 5-ci LNG tankeri Hörmüz boğazından keçib
- 09.06.2026 [12:33]
Futbol üzrə DÇ ABŞ şəhərləri üçün vəd olunan iqtisadi buma çevriləcəkmi?
- 09.06.2026 [12:31]
Pskov hava limanında uçuşlar dayandırılıb
- 09.06.2026 [12:25]