DÜNYA
“Blue Origin” “New Shepard” suborbital kosmik gəmisinin buraxılışını təxirə salıb
Bakı, 19 dekabr, AZƏRTAC
ABŞ-ın “Blue Origin” şirkəti texniki problemə görə “New Shepard” suborbital gəmisinin buraxılışını təxirə salıb və gəmini bu həftənin sonunda buraxmağı planlaşdırır.
AZƏRTAC xəbər verir ki, “Blue Origin” şirkətinin X sosial şəbəkəsində yazılıb: “Biz NS-24-ü bu gün (17 dekabr - red.) komandanın hazırda üzərində çalışdığı yer sistemindəki problemə görə ləğv edirik. Tezliklə biz bu həftə baş tutacaq yeni təqdimat tarixini elan edəcəyik”.
NS-24 missiyası kosmik gəminin göyərtəsində 33 elmi və tədqiqat yükü daşıyacaq.
“New Shepard” kosmik gəmisinin əvvəlki buraxılışı 2022-ci ilin sentyabrında baş tutub və uğursuzluqla başa çatıb. Havaya qalxdıqdan bir neçə dəqiqə sonra reaktiv daşıyıcının işində texniki nasazlıq aşkar edilib ki, bu da yük kapsulunun vaxtından əvvəl boşaldılması ilə nəticələnib. Sonra kapsul avadanlıqla birgə paraşütlə yerə uğurla enib.
“Blue Origin” 2000-ci ildə “Amazon”un sahibi Jeff Bezos tərəfindən təsis olunub. Şirkət kosmik gəmilər və ağır yük daşıyan raket daşıyıcıları, həmçinin raket mühərrikləri istehsal edir.