BMT BAŞ KATİBİ BEYNƏLXALQ ƏLİLLƏR GÜNÜ MÜNASİBƏTİLƏ MÜRACİƏT ETMİŞDİR
Əlillərin dünyanın ən böyük azlıqlar qrupunu təşkil etdiyini açıqlayan K.Annan yoxsulluq, işsizlik və ölüm halları göstəricilərinin, ümumi əhaliyə nisbətən, əlillər arasında yüksək olduğunu diqqətə çatdırmışdır.
Əlillərin hüquqlarının uzun illər diqqətdən kənarda qaldığını vurğulayan baş katib, son zamanlar bu istiqamətdə müsbət irəliləyişlərin gözə çarpdığını bildirir.
K.Annan müraciətində əlillərin məşğulluq, təhsil, səhiyyə, informasiya və digər xidmətlərdən istifadəsinin təmin edilməsinin zəruriliyini, eləcə də onların cəmiyyətə inteqrasiyasını önə çəkmişdir: “Gəlin unutmayaq ki, əlillərin inteqrasiyasının böyük əhəmiyyətinə məhəl qoymayan cəmiyyətlər özlərini bu insanların verə biləcəyi töhfələrdən məhrum edirlər”.