BMT KODORİDƏ APARILMIŞ ƏMƏLİYYATI QANUNİ HESAB ETMİŞDİR
Alasania demişdir: “BMT Təhlükəsizlik Şurasının növbəti iclasında Kodori dərəsində yaranmış vəziyyətlə bağlı məsələyə də baxılmışdır. İclasda bildirilmişdir ki, Gürcüstanın hüquq mühafizə orqanları qanun çərçivəsində hərəkət etmişlər və onların apardıqları xüsusi əməliyyat Abxaziyada münaqişənin dincliklə nizama salınması prosesinə qətiyyən mane olmur”.
Xatırladaq ki, Kodoridə polis əməliyyatı Gürcüstan Prezidentinin buradakı sabiq müvəkkili Emzar Kvitsiani və tərəfdarları iqtidara tabe olmaqdan imtina etdiklərini bildirdikdən sonra aparılmışdır.
İyulun 27-də axşam Prezident Mixail Saakaşvili millətə televiziya ilə müraciətində Kodori dərəsinə artıq tam nəzarət edildiyini bilidirmişdir.
Yeri gəlmişkən, Kodori dərəsinin şərq hissəsi Abxaziyanın yeganə bölgəsidir ki, o, 1993-cü ildən Tbilisinin nəzarəti altındadır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]