BMT TŞ LİVAN-İSRAİL MÜNAQİŞƏSİ HAQQINDA İLK BƏYANAT QƏBUL ETMİŞDİR
Bununla yanaşı, Təl-Əvivin hərəkətlərinin pisləndiyi paraqraf ABŞ-ın təkidi ilə bəyanatın mətnindən çıxarılmışdır.
İsrailin Livana qarşı hərbi əməliyyata başladığı vaxtdan bəri bu, BMT Təhlükəsizlik Şurasının həmin münaqişə haqqında ilk bəyanatıdır. Sənəddə “dinc sakinlərin qırılması və müsibətlərlə üzləşməsi, infrastruktur obyektlərinin dağıdılması və çoxsaylı məcburi qaçqınlar olması ilə əlaqədar dərin narahatlıq” da ifadə edilir.
Xatırladaq ki, iyulun 26-da İsrail hərbi hava qüvvələrinin növbəti hücumu zamanı bombalardan biri BMT-nin Livandakı müşahidəçilərinin qaldığı binaya düşmüşdür. Nəticədə BMT-nin dörd əməkdaşı – Avstriya, Kanada, Çin və Finlandiya vətəndaşları həlak olmuşlar.
Hadisədən dərhal sonra BMT-nin baş katibi Kofi Annan bəyanat verərək, bildirmişdir ki, beynəlxalq birliyin Livandakı postuna aviasiya zərbəsi qəsdən endirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.10.2026 [13:05]
Eritreya vətəndaşlarının Böyük Britaniyaya girişi qadağan edilə bilər
- 15.10.2026 [12:42]
BMT rəsmisi: Hörmüz boğazı açılmasa, dünyada ərzaq qıtlığı yaranacaq
- 15.10.2026 [11:45]
Fransa yeni gəlir mənbələri olmadan Aİ-nin gələcək büdcəsini dəstəkləməyəcək
- 15.10.2026 [11:31]