BMT: Yoxsul ölkələrdə 100 milyona yaxın uşaq aclıqdan əziyyət çəkir
Bakı, 13 mart, AZƏRTAC
BMT-nin Ümumdünya Ərzaq Proqramı (WFP) bütün məktəbyaşlı uşaqların məktəb yeməklərinə çıxışının təmin edilməsi, sağlam və təhsilə hazır olması istiqamətində hökumətlərin səylərini dəstəkləyir.
AZƏRTAC BMT-nin saytına istinadla xəbər verir ki, WFP-nin son hesabatında hər gün aşağı və aşağı-ortagəlirli ölkələrdə 100 milyondan çox uşağın aclıq çəkdiyi bildirilir. “Milyonlarla uşaq məktəbə ac gedir. Aclıq onların konsentrasiyasına və öyrənmə qabiliyyətinə təsir edir. Milyonlarla azyaşlı, xüsusən də qızlar məktəbə getmir, çünki onlar tarlada və ya ev işlərini yerinə yetirməkdə ailələrinə kömək edirlər. Münaqişənin təsirinə məruz qalmış ölkələrdə uşaqların məktəbdən kənar qalması ehtimalı sabit ölkələrdəki yaşıdları ilə müqayisədə iki dəfə, qızlar üçün isə 2,5 dəfə çoxdur.”, -deyə hesabatda bildirilir.
WFP qeyd edir ki, məktəblərdə yemək proqramları bu problemlərin çoxunu həll etməyə kömək edə bilər. Onlar uşaqların təhsilini, sağlamlığını və qidalanmasını yaxşılaşdıran çoxsahəli amillərdir. Daha geniş mənada, onlar mühüm təhlükəsizlik şəbəkəsi təmin etməklə, qida sistemlərini və iqtisadiyyatları gücləndirir, habelə bütün cəmiyyəti dəstəkləyir.
Hesabatda vurğulanır: “BMT-nin Ümumdünya Ərzaq Proqramı davamlı milli məktəb yemək proqramları həyata keçirmək məqsədilə 100-dən çox ölkə ilə əməkdaşlıq edir, onların məktəb yeməkləri və sağlamlıq təşəbbüslərini dəstəkləmək üçün hökumətlərlə altı onillikdən çox əməkdaşlıq təcrübəsinə malikdir. Biz daha sonra 50-dən çox hökumətə milli məktəb yeməkləri proqramlarına tam sahiblik etməkdə kömək etmişik. Məktəbdə yemək proqramı xərclərinin 98 faizə qədəri milli hökumət büdcələri tərəfindən ödənilir”.
WFP bildirir ki, hazırda qlobal miqyasda 418 milyon uşaq məktəb yeməkləri ilə qidalanır. BMT cari ildə dərin böhranla üzləşən ölkələrdə 21 milyon azyaşlıya bu sahədə yardım edəcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [04:16]
Trampdan xəbərdarlıq: Razılaşma olmazsa, İrana zərbələr davam edəcək
- 11.06.2026 [02:59]
ABŞ ordusu İranda bir neçə hədəfə zərbələr endirdiyini açıqlayıb
- 11.06.2026 [01:57]
Pit Heqset: ABŞ bu gecə İrana sərt hərbi zərbələr endirəcək
- 10.06.2026 [23:23]
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [21:32]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:21]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [20:21]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
Gələcəyin texnologiyaları: “ILA Berlin 2026” sərgisindən reportaj
- 10.06.2026 [23:23]
Şəkidə şəhid Məmmədiyə Cabbarzadənin xatirəsi anılıb
- 10.06.2026 [22:22]
Azərbaycan millisinin üzvü "Şamaxı"da
- 10.06.2026 [21:36]
Böyük Britaniya enerji ödənişlərini azaltmaq üçün Aİ ilə yeni saziş istəyir
- 10.06.2026 [21:32]
Qlazqoda iğtişaşlar və irqi zəmində hücumlarla bağlı üç nəfər saxlanılıb
- 10.06.2026 [21:21]
Yasamal rayonunda obyektdə baş verən yanğın söndürülüb YENİLƏNİB
- 10.06.2026 [20:28]
Tramp İranı yenidən sərt şəkildə vuracağını elan edib
- 10.06.2026 [20:21]
"Turan Tovuz" Filip Ozobiçlə vidalaşıb
- 10.06.2026 [20:07]
Bu saata olan əsas xəbərlər
- 10.06.2026 [20:00]
“Macar-Azərbaycan ortaq etnik kökləri” kitabının təqdimatı olub
- 10.06.2026 [19:52]
İsveçrə Vəkillər Kollegiyasının sədri Azərbaycana səfər etməyi planlaşdırır
- 10.06.2026 [19:29]
Serbiya Prezidenti Azərbaycanın müdafiə nazirini qəbul edib
- 10.06.2026 [18:17]
ABŞ-də Günəş enerjisi ilə elektrik enerjisi istehsalı kömürü üstələyib
- 10.06.2026 [18:15]
Albaniya Respublikasının Prezidenti Bayram Beqaydan
- 10.06.2026 [18:14]
® Bakıda “Force of Love 2026” yay festivalı keçirilib
- 10.06.2026 [18:02]
“Abşeron Şərab 1” MMC-nin qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
- 10.06.2026 [17:59]
ADPU ilk dəfə RUR beynəlxalq universitet reytinqində yer alıb
- 10.06.2026 [17:57]
Vaşinqtonda ənənəvi Trans-Xəzər Forumu işə başlayıb
- 10.06.2026 [17:51]
Coğrafiya İnstitutu sürüşmə riski olan əraziləri açıqlayıb
- 10.06.2026 [17:51]
Temperaturun kəskin dəyişməsi yeni reallığa çevrilir
- 10.06.2026 [17:42]
Ekspert: Cənubi Qafqaz regionu Türkiyə üçün əhəmiyyətli bölgədir
- 10.06.2026 [17:40]
® “Birbank”dan yenilik: 73 yaşadək təqaüdçülər kredit əldə edə biləcəklər
- 10.06.2026 [17:38]
Əlilliyi olan uşaqlar üçün sosial xidmət müəssisəsinə mediatur təşkil edilib
- 10.06.2026 [17:27]
Valideynlərin sosial şəbəkə platformalarına nəzarət mexanizmi güclənəcək RƏY
- 10.06.2026 [17:25]
Əmək müqaviləsi ilə çalışmaq işçiyə hansı hüquqlar verir?
- 10.06.2026 [17:24]
Dünya çempionatı: Türkiyə millisinin ilk oyununun baş hakimi açıqlanıb
- 10.06.2026 [17:22]
Sahibə Qafarova İndoneziyanın Azərbaycandakı yeni səfiri ilə görüşüb
- 10.06.2026 [17:16]
Premyer Liqaya yüksələn klub daha 3 futbolçu ilə vidalaşıb
- 10.06.2026 [17:14]
Avropalıların yalnız 11 faizi ABŞ-ni müttəfiq hesab edir - ECFR sorğusu
- 10.06.2026 [17:14]
Energetika naziri vətəndaşların müraciətlərini dinləyib
- 10.06.2026 [17:12]
Rusiya Ermənistana qarşı mövqeyini sərtləşdirir
- 10.06.2026 [17:05]
Türk professor Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin qonağı olub
- 10.06.2026 [17:02]
Qərbi Azərbaycan və Qarabağın mətbuat tarixi öyrənilir
- 10.06.2026 [16:55]
Azərbaycanda urbanizasiya prosesi və mənzil siyasətinin yeni strategiyaları
- 10.06.2026 [16:50]
Salyanda çörək istehsalı müəssisəsində nöqsanlar aşkar edilib
- 10.06.2026 [16:41]