Azərbaycan Dövlət İnformasiya Agentliyi

BMU tələbəsi: Koreyada təhsil müddətində texnologiya şirkətləri və mütəxəssislərlə əlaqələr qurmağı planlaşdırıram

Bakı, 28 iyul, AZƏRTAC

Bakı Mühəndislik Universitetinin (BMU) informasiya texnologiyaları ixtisası üzrə III kurs tələbəsi Elturan Əliyev BMU ilə Koreya Respublikasının İNHA Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində təhsilinin son ilini Cənubi Koreyada davam etdirəcək. Heydər Əliyev adına Liseyin məzunu olan Elturan Əliyev 631 balla BMU-İNHA ikili diplom proqramına qəbul olub. Texnologiya yarışlarında, hakatonlarda və beynəlxalq layihələrdə fəal iştirak edən tələbə bir sıra nailiyyətlər qazanıb. O, “Robotex Azərbaycan Avrasiya Çempionatı”nda I yerə, “Robotex Türkiyə Avrasiya Çempionatı”nda I yerə, “International Collegiate Programming Contest” – Beynəlxalq Tələbə Proqramlaşdırma Yarışının respublika mərhələsində III yerə layiq görülüb. İtaliyanın Venetiko şəhərində keçirilən “EVoice Youth Exchange” gənclər mübadiləsi layihəsində Azərbaycanı təmsil edib və Avropa Komissiyasının sertifikatı ilə təltif olunub.

Tələbənin iştirak etdiyi layihələr arasında komanda yoldaşları ilə birgə hazırladığı “Zəngəzur PUA” layihəsi xüsusi yer tutur. Elturan Əliyev AZƏRTAC-a müsahibəsində ikili diplom proqramını seçmə səbəbləri, Koreyada təhsillə bağlı gözləntiləri və planları barədə danışıb.

- BMU-İNHA ikili diplom proqramına qoşulmağa qərar verərkən hansı amillər sizin üçün həlledici oldu?

- Əsas amillərdən biri informasiya texnologiyaları sahəsində keyfiyyətli təhsil almaqla yanaşı, beynəlxalq təcrübə qazanmaq imkanı idi. Hələ məktəb illərindən texnologiya sahəsinə böyük marağım olub və gələcək karyeramı da məhz bu istiqamətdə qurmağı qarşıma məqsəd qoymuşam. BMU-İNHA proqramı tələbələrə həm Azərbaycanda, həm də xaricdə təhsil almaq şansı yaradır. Texnologiya sahəsində dünyanın aparıcı ölkələrindən biri olan Cənubi Koreyada təhsil almaq perspektivi mənim üçün xüsusi motivasiya mənbəyi olub.

- Proqrama qəbul və hazırlıq mərhələsi sizin üçün necə keçdi?

- Proqrama qəbul prosesi həm maraqlı, həm də məsuliyyətli mərhələ oldu. Hazırlıq zamanı BMU-İNHA proqramının rəsmi internet səhifəsində paylaşılmış əvvəlki illərin qəbul imtahanı suallarını ətraflı araşdırdım. Bu, imtahanın məntiqini və qiymətləndirmə meyarlarını daha yaxşı anlamağa kömək etdi. Hazırlıq prosesində yalnız tapşırıqları həll etməklə kifayətlənmədim, bilmədiyim mövzular üzərində ayrıca işlədim və sistemli hazırlıq planı qurdum.

- Koreya Respublikasında təhsil almaq və ölkənin inkişaf etmiş texnologiya mühiti ilə yaxından tanış olmaq barədə gözləntiləriniz nədən ibarətdir?

- Koreya Respublikası bu gün texnologiya, innovasiya və rəqəmsal inkişaf sahəsində dünyanın lider ölkələrindən biridir. Robototexnika və proqramlaşdırma ilə məşğul olan biri kimi bu ölkənin texnoloji ekosistemi mənim üçün hər zaman böyük maraq doğurub. Birinci kursda Koreyaya səfərimiz zamanı İNHA Universitetinin laboratoriyalarını görmək imkanım olmuşdu. Orada istifadə olunan avadanlıq, aparılan tədqiqatlar və tələbələr üçün yaradılan imkanlar məndə çox böyük təəssürat yaratdı. Həmin vaxtdan etibarən bu mühitdə çalışmaq və özümü inkişaf etdirmək istəyim daha da artdı. Koreyada təhsil aldığım müddətdə yalnız akademik biliklər əldə etməyi deyil, həm də müxtəlif layihələrdə iştirak etməyi, texnologiya şirkətləri və mütəxəssislərlə əlaqələr qurmağı planlaşdırıram. Xüsusilə Azərbaycanda əldə olunması çətin olan elektron komponentlər və müasir texnologiyalarla işləmək mənim üçün çox dəyərli təcrübə olacaq.

- Koreyada təhsil aldığınız müddətdə həm Bakı Mühəndislik Universitetini, həm də Azərbaycanı təmsil edəcəyinizi nəzərə alaraq üzərinizdə hansı məsuliyyəti hiss edirsiniz?

- İndiyədək müxtəlif beynəlxalq layihələrdə, yarışlarda və gənclər proqramlarında iştirak edərək Azərbaycanı təmsil etmişəm. Buna görə də ölkəmi xaricdə təmsil etməyin nə qədər böyük məsuliyyət olduğunu yaxşı bilirəm.

Biz yalnız akademik nailiyyətlərimizlə deyil, davranışımız, mədəniyyətimiz və dəyərlərimizlə də ölkəmizi təmsil edirik. Koreyada olduğum müddətdə texnologiya yarışlarında, hakatonlarda və müxtəlif innovasiya layihələrində iştirak etməyi planlaşdırıram. Bununla yanaşı, musiqi qrupumuzla Azərbaycanın milli musiqisini tanıtmaq məqsədilə müxtəlif tədbirlər və kiçik konsertlər təşkil etmək niyyətindəyik. Fikrimcə, bu, ölkəmizin zəngin mədəni irsinin təbliğinə kiçik töhfəmiz olar.

- İNHA Universitetində əldə edəcəyiniz bilik və beynəlxalq təcrübəni gələcəkdə Azərbaycanda hansı istiqamətlərdə tətbiq etməyi düşünürsünüz?

- Son illərdə Azərbaycanda texnologiya sahəsində mühüm inkişaf müşahidə olunur və düşünürəm ki, bu proses qarşıdakı illərdə daha da sürətlənəcək. Mən də bu inkişafın bir hissəsi olmaq istəyirəm.

Universitetdə komandamızla birlikdə hazırladığımız “Zəngəzur PUA” layihəsi mənə göstərdi ki, ölkəmizdə innovativ texnologiyalar yaratmaq üçün böyük potensial mövcuddur. Koreyada əldə edəcəyim bilikləri və təcrübəni məhz belə layihələrin inkişafına yönəltmək niyyətindəyəm. Məqsədim robototexnika və informasiya texnologiyaları sahəsində çalışan beynəlxalq mütəxəssislərlə əməkdaşlıq qurmaq, ölkəmizdə hələ geniş tətbiq olunmayan texnologiyaların Azərbaycana gətirilməsinə töhfə verməkdir.

Eyni zamanda, BMU-da iki il ərzində “Boostcamp” proqramında könüllü robototexnika mentoru kimi fəaliyyət göstərmişəm. Gənclərlə işləmək və bilik paylaşmaq mənim üçün xüsusi əhəmiyyət daşıyır. Koreyada əldə edəcəyim yeni təcrübədən sonra bu fəaliyyəti daha geniş miqyasda davam etdirmək, gələcəyin mühəndislərinə dəstək vermək istəyirəm.

Müxbir – Nərmin Muradzadə

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qafqaz Müsəlmanları İdarəsinin sədri Qazaxıstana səfər edəcək

Belçika polisi narkotik şəbəkəsinə qarşı əməliyyat keçirib, 21 nəfər saxlanılıb

Fiziologiya və tibb üzrə Nobel mükafatı laureatlarının adları açıqlanıb

“Flydubai” təyyarəsini qaçırmağa cəhddə şübhəli bilinən pilot Böyük Britaniya universitetində yoxlamadan keçməyib

Ekspertlər: Neft qiymətlərinin azalması müvəqqəti xarakter daşıyır

Şagirdin inkişafına mane olan bəzən onun bacarıqsızlığı deyil, özünəinamsızlığıdır - müəllim

Böyük Britaniyanın keçmiş şahzadəsi polisə etiraz edib

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Ağdamda “Aqrar sahədə dövlət mexanizmləri” mövzusunda panel müzakirəsi keçirilib - YENİLƏNİB VİDEO

Budapeştdə polis əməkdaşlarının sayı artırılacaq

Azərbaycan İslam həmrəyliyinin aparıcı qüvvəsidir ŞƏRH

İngiltərədə miqrantların sahilə çıxarılması zamanı etirazçılarla polis arasında qarşıdurma yaşanıb

Ər-Riyadda Məkkə Müdafiə Sazişi çərçivəsində komitə iclası təşkil olunub

İdeoloji risklər sərhəd tanımır - ŞƏRH

Ülviyyə Nağıyeva: İbtidai sinif müəllimi şagirdin həyatında iz qoyur

Müəllimlik illər keçdikcə zənginləşən bir məktəbdir - Leyla İmranova

Yəmən ordusu: Bab-əl-Məndəb ətrafındakı ərazi husilərdən təmizlənib

Əlcəzairdə Afrika və Aralıq dənizi hövzəsi üzrə 14-cü Enerji və Hidrogen sərgi-konfransı keçirilir

Emin Hüseynov: Ağdam şəhəri və üç kənddə yaşayanların sayı 8 mindən çoxdur

Astanada Azərbaycanın AQEM-ə hədiyyəsi olan Qarabağ atının heykəlinin açılışı olub

Sabah yağış yağacaq

Ülviyyə Məmmədova: Alimlik potensialı maraqdan və sual verməkdən başlayır

® “Azercell“ yeni “Oyun Portalı”nı istifadəyə verir: “Azercell“ ilə oyna, yarış, qazan!

İtaliyada minlərlə fermer etiraz aksiyası keçirib

Arif Əsədov: Tofiq Bəhramov adına Respublika Stadionu gəncliyimizin keçdiyi doğma məkandır

Baytarlıq xidmətlərinin gücləndirilməsi davam etdirilir

Prezident İlham Əliyev Malayziyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

Gənclərdə coğrafiyaya marağı necə artırmalı? – alimdən tövsiyələr

Jalə Əliyeva: Qadınların parlamentdə təmsilçiliyi son 20 ildə 11 faizdən 21 faizə yüksəlib

“Sığorta haqqını hesabla” xidməti istifadəyə verilib

Şagirdlərdə fənnə maraq yarada bildiyim an mənim üçün ən xoşbəxt andır - müəllim

Avropada qaz anbarlarının doluluq nisbəti 72,4 faizdir

Türkiyənin ASELSAN şirkəti HHM hibrid sistemlərinin tədarükünə dair böyük kontrakt imzalayıb

PİSA-nın yaradıcısı: Süni intellekt hazır cavab vasitəsi yox, koqnitiv alət olmalıdır

“EU Reporter” Prezident İlham Əliyevin nitqinə həsr olunmuş analitik məqalə dərc edib

Azərbaycan millisinin fransalı məşqçisi: Hidayət Heydərov xüsusi xarakterə malik cüdoçudur

® “Kapital Bank” nümayəndələri “Sibos 2026” çərçivəsində 30-dan çox işgüzar görüş keçirib

Professor: Müəllimlik və alimlik şəxsiyyətin yetişməsində qoşa qanad rolunu oynayır

Dövlət Xidməti: Laborator və digər diaqnostik müayinələrin nəticələrinin avtomatik təhlil olunması nəzərdə tutulur

Nazir: Aqrar istehsalın səmərəliliyini və rəqabət qabiliyyətini artırmaq hədəfimizdir

Hesabat: Yaxın Şərqdən neft ixracı sentyabrın son həftəsində İran müharibəsindən əvvəlki səviyyəni üstələyib

Avro son 17 ayın ən aşağı səviyyəsinə enib

İvan Muşket: Parlamentarizm Azərbaycan tarixinin müxtəlif mərhələlərində cəmiyyətin və dövlətin inkişafına təsir göstərib

Məcnun Məmmədov: Əsas hədəfimiz daha məhsuldar kənd təsərrüfatı sistemi formalaşdırmaqdır

Parisdə “Nissim de Camondo” muzeyinə oğurluq cəhdi: Şübhəli şəxs saxlanılıb

Müəllim: Hər məktəbdə yanan işıq Azərbaycanın gələcəyidir

Dövlət Xidməti: 91 fakt üzrə 144 nəfər barəsində toplanmış materiallar prokurorluq orqanlarına göndərilib

Azərbaycanın daha 3 boksçusu U-17 Avropa çempionatında mərhələ adlayıb

Bu gün Azərbaycanın əsas vəzifələrindən biri əldə edilmiş tarixi nəticələri davamlı inkişafla möhkəmləndirməkdir

“Euronews” Azərbaycan cüdoçusunun dünya çempionatındakı uğurundan yazıb

Müəllim: Şagirdlərimin illər sonra məni xatırlaması ən böyük qazancımdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 5 oktyabr

Azərbaycan şirkətləri “INNOPROM. Belarus” sərgisində təmsil olunub

Fərdi yanaşma, müstəqil düşüncə və düzgün qiymətləndirmə - elmə gedən yol

Prezident İlham Əliyev Avstriyanın Azərbaycanda yeni təyin olunmuş səfirini qəbul edib VİDEO

“Ortakənd” qızıl yatağında 2029-cu ildə istehsala başlanması planlaşdırılır

Akademik Arif Həşimov haqqında biblioqrafik göstərici nəşr olunub

Hüquqi şəxslərin cinayət məsuliyyətinin hədləri genişləndirilir

AMEA-nın müxbir üzvü: Alim müəllim yetişdirir, müəllim isə gələcəyin alimini

Nazir: Ağdamın kənd təsərrüfatının inkişafı üçün yeni imkanlar formalaşır

Azərbaycan Türkiyədəki Beynəlxalq Astronavtika Konqresində geniş təmsil olunur

Ramin Rzayev: Azərbaycan qadınları tarix boyu cəmiyyətimizin inkişafında mühüm rol oynayıb

Gülnar Rzayeva: Gələcəyin alimini yalnız yüksək nəticə göstərən tələbələr arasında axtarmaq doğru deyil

AQTA sədri İmişlidə vətəndaşların müraciətlərini dinləyəcək

Beynəlxalq Müəllimlər Günü münasibətilə akademik Cəlal Əliyevin məzarı ziyarət edilib

Müharibənin izləri: “Naxçıvan Qaziləri” İctimai Birliyinin Şəhidlər guşəsindən REPORTAJ

Qarabağdakı qadın minaaxtaranlardan bəhs edən film Avropa festivalında mükafat qazanıb

“Özəl Məhkəmə Ekspertlərinin Palatası”nın yaradılması təklif edilir

Tarix müəllimi: Şagirdlərə keçmişlə bu gün arasındakı əlaqəni göstəririk

İspaniyada növbədənkənar parlament seçkiləri noyabrın 29-da keçiriləcək

Ulu Öndər Heydər Əliyevin siyasi irsi və tarixi Zəfərə aparan yol – ŞƏRH

“Fars” agentliyi”: Sistan-Bəlucistan əyalətində İranın iki polis zabiti öldürülüb

Bir sıra qanunlarda dəyişiklik edilir

Maqsud Fərzullayev: Məqsədimiz Formula 1-in nəqliyyata təsirini minimuma endirməkdir

Mütəxəssis: Qripdən sonra bakterial pnevmoniya inkişaf edə bilər

Nazir: Milli kimliyin və dəyərlərin qorunmasında hər bir təhsil işçisinin öz payı var

“Azərbaycan parlamentarizmi tarixində qadınlar” mövzusunda beynəlxalq konfrans

Gələn il Aİ və Norveçdə paylama şəbəkələrinə investisiyaların 48 milyard avroya çatacağı gözlənilir

Emin Əmrullayev: Süni intellektdən istifadəni inkar etməklə təhsildə irəliyə gedə bilmərik

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: Gələn il “Üstyurt” layihəsi üzrə ilk kəşfiyyat quyusunun qazılması nəzərdə tutula bilər – EKSKLÜZİV VİDEO

Hüquqi yardım alan şəxslərin hüquq və vəzifələri müəyyənləşdirilir

Çin alimləri 8 min ildən çox əvvəl yaşamış insanın üz cizgilərini bərpa ediblər

“E-müqavilə” altsistemində satınalma müqavilələri üzrə icra təminatının elektron təqdim edilməsi imkanı yaradılıb

Yuxarı Fransa regionu kiberhücuma məruz qalıb

Professor Elşad Qurbanov: Mən tələbələrimdən çox şey öyrənmişəm

Emin Əmrullayev: İbtidai təhsildə əsaslı dəyişiklik olmadan sonrakı mərhələlərdə ciddi irəliləyiş çətindir

COVID-19-a qarşı yaranan immunitet digər yarasa koronaviruslarından qorunmağa kömək edə bilər – ARAŞDIRMA

İqtisadi müstəqillik Azərbaycanın dövlət suverenliyinin mühüm dayağıdır - ŞƏRH

Azərbaycanla Kanada arasında qurulan körpülər: Torontodakı “Azərbaycan Evi”nin rəhbəri ilə MÜSAHİBƏ

® Qlobal “IE Biznes Məktəbi” ABB-nin transformasiya təcrübəsini tədris nümunəsinə çevirib

Yeni qanunla kimlər pulsuz hüquqi yardım ala biləcək? - LAYİHƏ

“Etender.gov.az” portalında sənədlərin “SİMA İmza” ilə imzalanması imkanı yaradılıb

Nazir: Məktəbəqədər təhsilə cəlb olunan uşaqların nəticələri daha yüksəkdir

Pulsuz hüquqi yardım haqqında yeni qanun layihəsi hazırlanıb

Professor Tarix Dostiyev: Universitetdə uğurlu tədris elmi-tədqiqatla təhsildə keyfiyyətin vəhdətini tələb edir

Daşkəndin yeni aeroportu Özbəkistanın inkişafının rəmzi olacaq

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Rəqəmsal bacarıqlar şagirdlərin bilik səviyyəsinin yüksəldilməsinə kömək edir VİDEO

Prezident İlham Əliyev Pirallahı Sənaye Parkında dərman istehsalı müəssisəsinin açılışında iştirak edib

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

bp-nin vitse-prezidenti: “Şahdəniz” quyuları bp-nin ən məhsuldar quyuları sırasındadır – EKSKLÜZİV VİDEO

Azərbaycanda fəaliyyət göstərən həkimlərin sayı açıqlanıb