Boks üzrə Azərbaycan çempionatında bütün yarımfinalçılar bəlli olub
Bakı, 7 dekabr, AZƏRTAC
Kişi boksçular arasında Azərbaycan çempionatında 1/4 final mərhələsinin görüşlərinə yekun vurulub.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, 41 komandanın iştirakı ilə Boks Mərkəzində təşkil edilən yarışın dördüncü günündə 24 döyüş baş tutub.
6 çəki dərəcəsi üzrə keçirilən qarşılaşmalardan sonra bütün yarımfinalçıların adlarına aydınlıq gəlib. Qələbə qazanan boksçular bununla da ən azı bürünc medalı özləri üçün təmin ediblər. Yığmanın aparıcı boksçularından Ruslan Qədirov, Malik Həsənov, Tayfur Əliyev və Nəbi İsgəndərov da final üçün döyüşmək hüququ qazanıblar.
Qeyd edək ki, çempionata dekabrın 8-də yekun vurulacaq.
Azərbaycan çempionatı
1/4 final mərhələsi
54 kiloqram
Ruslan Qədirov (MİK) - Elşən Qəribov (“Roman”) - 5:0
Ramazan Babayev (DİN İC) - Nihat Abdullayev (“Qızıl əlcək”) - 0:5
Amin Məmmədzadə (“Qızıl əlcək”) - Elgün Babayev (METE) - 5:0
Namik Yarəliyev (Qəbələ) - Mirzağa Hüseynli (“Cənub”) - 1:4
60 kiloqram
Maqsud Xasmetov (“Neftçi”) - Əli Əliyev (BFL) - birinci tam üstünlüklə qalib gəlib
Ceyhun Məmmədov (Qusar) - Aslan Quliyev (Z-1) - 0:5
Ramazan Abdullayev (Balakən) - Elbrus Adıgözəlov (“Qəbələ”) - 0:5
Fərid Sadıqov (“Neftçi”) - Nadir Malikov (METE) - 5:0
63,5 kiloqram
Malik Həsənov (“Neftçi”) - Fərid Qasımov (“Qızıl əlcək” İK) - birinci tam üstünlüklə qalib gəlib
Ruslan Bayramov (DİN İC) - Ruslan Rüstəmov (BFL) - 0:5
Heybətulla Hacıəliyev (BFL) - Cəlal Qurbanov (MİK) - birinci qalib gəlib
Tayfur Əliyev (MİK) - Kənan Kazımov (“Cənub” İK) - ikinci döyüşə gəlməyib
67 kiloqram
Nəbi İsgəndərov (“Neftçi”) - Səid Abdullayev (“Neftçi”) - ikinci döyüşə gəlməyib
İlqar Salahov (Qəbələ) - Xəlil Kazımov (Gəncə) - ikinci döyüşə gəlməyib
Cavid Çələbiyev (“Qızıl əlcək”) - Sənan Mehdiyev (Abşeron) - birinci tam üstünlüklə qalib gəlib
Pərviz Quliyev (Ağcabədi) - Şəmsi Şahbazov (MİK) - 5:0
71 kiloqram
Mirşərif Kazımzadə (“Neftçi”) - Kamran Baxşəliyev (“Qəbələ”) - 5:0
Nicat Məmmədov (“Qızıl əlcək”) - Rəşid Həsənov (“Raund”) - 5:0
Elnur Abdullazadə (“Neftçi”) - Nicat Həsənov (“Qızıl əlcək”) - 3:2
Xanbala Qurbanov (Qəbələ) - Sərxan Əliyev (MİK) - 0:5
80 kiloqram
Devid Oloboye (Naxçıvan MR) - Mehdi Ağayev (Masallı) - birinci qalib gəlib
İldırım Qədirov (“Neftçi”) - Fəqan Məmmədov (AzTU) - ikinci tam üstünlüklə qalib gəlib
Aydın Hüseynli (“Neftçi”) - Sərxan Budaqov (“Qızıl əlcək”) - birinci döyüşə gəlməyib
Aydın Dadaşov (“Roman”) - Cabbar İsmayılov (Sumqayıt) - ikinci tam üstünlüklə qalib gəlib