Boks üzrə yığmamız III Avropa Oyunlarını yeddinci pillədə başa vurub
Bakı, 2 iyul, AZƏRTAC
Polşada təşkil olunan III Avropa Oyunlarında 42 ölkənin iştirakı ilə 10 gün davam edən boks yarışlarının yekununda medal əldə edən ölkələrin siyahısı açıqlanıb.
Azərbaycan Boks Federasiyasından AZƏRTAC-a bildirilib ki, Oyunlarda 7 çəkidə təmsil olunan kişilərdən ibarət yığmamız 2 medala qazanıb. Hesabına 1 gümüş və 1 bürünc mükafat yazan komandamız medal sıralamasında yarışı 7-ci pillədə başa vurub. Millimiz bu yerə İspaniya, İrlandiya və Türkiyə ilə şərikdir.
Ümumilikdə boks üzrə 18 yığma Polşada medal qazanıb. Onlardan cəmi 6 ölkənin təmsilçiləri çempionluq sevinci yaşayıblar.
Siyahıda birinci yeri Fransa yığması tutub. İkinci yerdə İtaliya, üçüncü pillədə isə Bolqarıstan və Böyük Britaniya qərarlaşıblar.
Xatırladaq ki, yığmamızın heyətində Məhəmməd Abdullayev (+92 kq) gümüş, Murad Allahverdiyev (80 kq) bürünc medal qazanıb. Hər iki boksçu “Paris-2024” Yay Olimpiya Oyunlarına da lisenziya əldə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.09.2026 [13:58]
Bakıda “Fitness Running Open” festivalı keçirilib
- 29.09.2026 [13:49]
Premyer Liqa: “Qarabağ” – “Neftçi” matçının vaxtı açıqlanıb
- 29.09.2026 [13:29]
Fərid Qayıbov: Azad olunmuş torpaqlarımızda növbəti idman bayramıdır
- 29.09.2026 [13:01]
Füzulidə “Mingəçevir Reqatası-2026” beynəlxalq turnirinə start verilib
- 29.09.2026 [12:56]
NTD üç yerli basketbolçu transfer edib
- 29.09.2026 [12:05]
Azərbaycan idmançıları savat üzrə Avropa çempionatında 2 medal qazanıblar
- 29.09.2026 [11:51]