Boksçumuz Aynur Rzayeva III Avropa Oyunlarında mübarizəni dayandırıb
Novı Tarq, 27 iyun, AZƏRTAC
Polşada keçirilən III Avropa Oyunlarının boks yarışları davam edir. Bu gün “Novı Tarq Arena”da baş tutan döyüşlərlə səkkizdəbir final mərhələsinə yekun vurulacaq.
AZƏRTAC xəbər verir ki, dörddəbir finala gedən yolda Azərbaycan millisinin heyətində əvvəlcə Aynur Rzayeva (75 kq) rinqə çıxıb. O, Almaniya idmançısı İrina Nikoletta Şoenberqer ilə üz-üzə gəlib. Görüşdə uduzan A.Rzayeva Avropa Oyunlarında çıxışını başa vurmalı olub.
Bu gün daha dörd boksçumuz rinqə çıxacaq. Anaxanım İsmayılova (50 kq) Rita de Pinyo Soares (Portuqaliya), Məhsəti Həmzəyeva-Ağamalıyeva (57 kq) Tatevik Xaçatryan (Ermənistan), Sərxan Əliyev (71 kq) Eskerxan Madiyev (Gürcüstan) və Məhəmməd Abdullayev (+92 kq) Nikoloz Beqadze (Gürcüstan) ilə qarşılaşacaqlar.